"BALKHOORMA" brendi, nəinki Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində də məşhurdur.

2016-cı ilin yanvar ayında fəaliyyətə başlayan "Balxurma" MMC-yə məxsus zavodun istehsal etdiyi məhsullar yerli bazarda satılmaqla yanaşı, dünyanın bir çox ölkələrinə (Almaniya, Niderland, Litva, Belarus, Rusiya, Ukrayna, Malayziya, BƏƏ və Yaponiyaya) “Made in Azerbaijan” brendi ilə ixrac edlir.

 “BALKHOORMA” brendi altında satılan bu məhsullar, əsasən xurma məhsuludur. Şirkət Balakən rayonundə yerləşir.

 Xatırladaq ki, bir neçə il öncə Rusiya paytaxtında  təşkil olunmuş "WorldFood Moscow" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanı təmsil edən "Balxurma" 2017-ci ilin məhsulu nominasiyası üzrə qızıl medala da layiq görülüb. 

Artıq “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) ilə “Balxurma” MMC arasında investisiya müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, AİŞ tərəfindən “Balxurma” MMC-yə meyvə qurutma xətti üzrə istehsal həcminin artırılması üçün 4 mln. manat investisiya yatırılması planlaşdırılır. Bu investisiya qoyuluşundan sonra müəssisənin istehsal gücünün illik 200 tondan 600 tona yüksəlməsi gözlənilir. Ümumi dəyəri 16 mln. manat olan layihədə AİŞ-in payı 25% təşkil edəcək ki, bunun əsasında orta hesabla, 100-dək yeni iş yerinin açılması nəzərdə tutulur.

Və göründüyü kimi, yeni müqavilə istehsalın artırılmasına təkan verməklə yanaşı, yeni işçi qüvvəsinin cəlb olunmasına da rəvac verəcək.

Qeyd edək ki, "BALKHOORMA" quru və yarım-quru meyvələrin istehsalı sahəsində öndə gedən, avtomatlaşdırılmış texniki avadanlıqlarla təchiz olunmuş - nəzdində yuyulma, soyulma, soyutma və qablaşdırma sexləri fəaliyyət göstərən, müasir standartlara cavab verən müəssisədir. Müəssisədə istehsal üçün lazım olan meyvələr Balakən rayonunun sakinlərinin şəxsi xurma sahələrindən yığılır və ciddi keyfiyyət nəzarəti keçir. Keyfiyyət nəzarətini keçən meyvələr istehsalata daxil olur və müasir avtomatlaşdırılmış avadanlıqlar bu meyvələrin bütün xeyirli maddələrini qoruyub saxlamağa və 100% bioloji təhlükəsizliyini təmin etməyə imkan verir. 

 Xurma məhsulu soyuducu kamerada – 25 C temperaturda soyudulur. Hazır məhsul satışa göndərilənə qədər xüsusi rejimdə anbarlarda saxlanılır. 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN