“Rusiyaya qarşı sanksiya planı 70% yerinə yetirilib, amma təzyiq artırılmalıdır” - YERMAK.

Ukrayna Prezident Aparatının rəhbəri Aleksey Yermak Rusiya vətəndaşları üçün vizaların alınmasına qoyulan qadağa kontekstində qeyd edib ki, rusların Qərb ölkələrinin sivil vətəndaşları sırasında olmaq hüququ yoxdur.

Prezident Aparatının saytında yer alan xəbərə görə, Prezident Aparatının rəhbəri Andrey Yermak Rusiyaya qarşı sanksiyalar üzrə Beynəlxalq Ekspert Qrupunun növbəti iclasında çıxışı zamanı, xüsusilə qrup üzvlərinə beş ay ərzində səmərəli fəaliyyət göstərdiklərinə görə təşəkkür edib və onları mühüm nəticə - cari ilin aprel ayında təqdim olunmuş tədbirlər planının 70 faiz yerinə yetirməsi münasibətilə təbrik edib.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

...Və yeddinci aydır ki, Ukraynada müharibə gedir.

Tərəflərin nümayəndə heyyətlərinin dəfələrlə bir araya gəlməsinə baxmayaraq, hələ də sülh əldə olunmayıb.

Xatırladaq ki, Qərb indiyədək Rusiyaya qarşı minlərlə iqtisadi sanksiya tətbiq edib. Həmçinin Rusiya vətəndaşlarının bir çoxunun xarici ölkələrdə olan əmlakları da sanksiyalara məruz qalıb.

Sanksiyalar paketləri Rusiyaya iqtisadi cəhətdən öz təsirini göstərməyə başlasa da, Ukraynadakı müharibəni dayandırmağa gücü çatmayıb...

Yermak isə Rusiyanın bir az da sıxışdırılmasını istəyir...

 

Y.MƏMMƏDLİ 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN