“Ağılsızlıq həmişə çox baha başa gəlir və dəlilər üçün fəlakətli nəticələrə gətirib çıxarır.”
Səfərbərlik Rusiya Federasiyasının büdcəsinə hər il ən azı 1,3 trilyon rubla başa gələcək.
Bu barədə Prezident Administrasiyasının rəhbəri Andrey Yermak Telegram-da məlumat verib.
"Səfərbərlik Rusiya büdcəsinə hər il ən azı 1,3 trilyon rubla başa gələcək. Kəsir artır, sanksiyalar səbəbindən isə gəlirlər azalır. Ağılsızlıq həmişə çox baha başa gəlir və dəlilər üçün fəlakətli nəticələrə gətirib çıxarır", - PA rəhbəri yazıb.
Xatırladaq ki, ötən gün Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib və bununla bağlı fərman imzalayıb.
Fərmanda ümumilikdə 10 bənd olduğu, 7-cinin rəsmi olaraq dərc olunmadığı bildirilir. KİV- də gedən məlumata görə, həmin qapalı bəndə görə, Rusiyada 1 milyon insan səfərbərliyə cəlb olunacaq.
Lakin Kremlin sözçüsü Dmitri Peskov deyilənləri “yalan” adlandırıb.
Qeyd edək ki, bu gün Rusiyada səfərbərlik əleyhinə çıxan və müharibəyə “yox” deyərək aksiya keçirən çoxlu sayda insan olub. Polis tərəfindən saxlanılanlar var.
JASMİN