"Son vaxtlar un 10 lari ucuzlaşıb, bu gündən bir neçə növ çörəyin qiyməti isə 10 tetri ucuzlaşacaq".

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə Çörəkçiləri Assosiasiyasının rəhbəri Malxaz Dolidze məlumat verib. Onun sözlərinə görə, Tbilisidə 2 şirkət bu gündən 4 növ çörəyin qiymətini aşağı salacaq. Bölgələrdə isə proses xeyli əvvəl başlayıb və orada da qiymət 10 tetri aşağı salınır. Sitat: "Son vaxtlar unun qiyməti 82 laridən 72 lariyə qədər aşağı düşüb. Qiymətlərin enməsi regionlarda daha tez özünü göstərdi, çünki orada Sokar şirkəti çörək zavodlarının qaz tarifini subsidiyalaşdırmışdı, ancaq bu qayda Tbilisiyə şamil edilmirdi. Bu gündən isə 2 şirkət 4 növ çörəyin qiymətini endirir. Kütləvi çörək istehsalı 10 tetri ucuzlaşacaq. Biz bu tendensiyanın yeni ilə qədər davam edəcəyini gözləyirik. Rusiya bazarında məhsuldarlığın çox olması ilə yanaşı, bu il ölkəmizdə də məhsul kifayət qədər yaxşı olub və buğdanın Qazaxıstandan da gətirilə biləcəyi ilə bağlı məlumatlar var”.

Azərbaycanda da çörəyin qiyməti bir ay əvvəl qaldırıldı. Amma monopolist şirkətlər var ki, onlar üçün bir kərə qalxan qiymət heç vaxt düşmür... İnanaq ki, unun maya dəyəri düşmə anında yerli şirkətlərimiz də Gürcüstanlı həmkarlarından nümunə götürəcəklər...

A.Məmmədlibəri 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN