Azərbaycanın beş Avropa ölkəsinə ixrac etdyi fındığın dəyiri 20 milyon dollardan artıqdır.

Bu fikri Azərbaycanın Mərkəzi Avropa ölkələri  üzrə ticarət nümayəndəsi Nemət Nağdəliyev bildirib.

 O, qeyd edib ki, Mərkəzi Avropa ölkələri ilə ümumi ticarət dövriyyəsi 3,23 milyard dollar olub ki, burada da saldo müsbətdir: 2,09 milyard dollar ixracın, 1,14 milyard isə idxalın payına düşür.

Nemət Nağdəliyev diqqətə çatdırıb ki, ixrac etdiyimiz məhsullardan əldə edilən gəlirin 1,8 milyard dollarını, yəni 86 faizini xam neft təşkil edib.

Nağdəliyevin sözlərinə görə, ixrac etdiyimiz məhsullardan daxil olan gəlirin cəmi 14 faizi qeyri-neft məhsullarının payına düşüb. Buna baxmayaraq, o, əlavə edib ki, qeyr-neft məhsullarının istehsalı və ixracı da müsbət dinamika üzrə inkişaf edir.  

“Lakin qeyri-neft məhsullarının ixracı da ildən-ilə artmaqdadır. İxrac edilən əsas qeyri-neft məhsullarımıza qızıl, gümüş, mis filizi, fındıq, alüminium ərintiləri, alüminium plitələr və zolaqlar, ferrosilisium ərintiləri, metanol, bentonit gili və polietilen məhsulları aiddir. Bu məhsulların 2021-ci ildə qeyri-neft ixracında payı 80 faiz təşkil edib”, - deyə bildirib.

O, qeyd edib ki, qeyri-neft məhsullarının ixracı sırasında qızıl  və fındıq öndədir.

“ Burada qızıl əhəmiyyətli paya malikdir, ondan sonra isə fındıq ixracı gəlir. Bu məhsulların coğrafi diversifikasiyası da fərqlidir, yəni fərqli ölkələrə fərqli məhsullar ixrac edilir. Geniş coğrafi diversifikasiyası olan və nəzərəçarpan həcmdə ixraca gedən məhsullar siyahısında fındıq öndədir. Azərbaycanın beş Avropa ölkəsinə ixrac etdyi fındığın dəyiri 20 milyon dollardan artıqdır”, - deyə diqqətə çatdırıb.

***

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında" Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq, xarici ölkələrdə ticarət nümayəndələri təyin olunur.

2017-ci ilin oktyabr ayında Nemət Nağdəliyev Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyində yerləşməklə Mərkəzi Avropa ölkələri (Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn, Polşa, Çex Respublikası, Slovakiya, Macarıstan, Xorvatiya, Sloveniya) üzrə ticarət nümayəndəsi təyin edilib.

Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Azərbaycan və Avropa İttifaqına üzv olan ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafında, bu ölkələrdə "Made in Azerbaijan" brendinin və Azərbaycandakı investisiya mühitinin təşviqində, ölkəmizin qeyri-neft ixracının artırılmasında önəmli rol oynayır.

Diplomatik sahədə böyük təcrübəyə malik N.Nağdəliyev M.V.Lomonosov adına Moskva Dövlət Universitetində iqtisadiyyat üzrə bakalavr və magistr dərəcələri, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi, Rusiya Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasında iqtisadiyyat elmləri namizədi dərəcəsini almışdır. N.Nağdəliyev Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyində Humanitar proqramlar şöbəsinin rəhbəri, Ümumrusiya Azərbaycan Konqresinin Aparat rəhbəri vəzifələrində işləyib. Bu təyinatdan əvvəl isə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində çalışmışdır. 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN