Fitch Ratings  gələn il üçün dünya ÜDM-in 1.4% -dən 1,7% -dək artması barədə proqnozu aşağı salıb.

Bu barədə  Beynəlxalq reytinq agentliyinin dünya iqtisadiyyatının perspektivləri üzrə bu günkü  press-relizində bildirilib.

"2023-cü il üçün dünyada  ÜDM-in proqnozunun  azalma istiqamətinə yenidən baxılır, çünki mərkəzi banklar inflyasiya ilə mübarizəni gücləndirir və  Çinin daşınmaz əmlak bazarının perspektivləri pisləşir", - hesabat bildirib.

Agentlik Amerika iqtisadiyyatının 2023-cü illərdə 0,2% -dən 0,5% -ə qədər artacağı proqnozunu da endirib, çünki Vaşinqton "pul-kredit siyasətinin sərtləşməsi tempini" artırıb.

 ÇXR –də 2023-cü il üçün ÜDM artımının proqnozu, mənzil tikintisinin bərpasının zəif  perspektivləri  səbəbindən 4,1% -ə endirilib.

Növbəti il üçün avrozonadakı artım proqnozu müsbət istiqamətdə korrektə olunub - 0,1%-dən 0,2% -ə qədər.

Çünki bölgədəki qaz böhranı bir qədər zəifləyir, lakin Avropa Mərkəzi Bankının qiymətlərində daha kəskin artım, tələbə təzyiq göstərəcək.

***

Xatırladaq ki, oktyabrın 21-də Fitch Ratings agentliyi Azərbaycan Respublikasının  xalis suveren aktivlərini 2022-2024-cü illərdə 14,3 faiz artaraq ÜDM-in 77,6%-nə çatacağını proqnozlaşdırıb.

Həmçinin press-relizdə qeyd olunurdu ki, işğaldan azad edilmiş ərazilərə ÜDM-in 2%-i həcmində kapital qoyuluşları, habelə yüksək inflyasiya şəraitində artan sosial xərcləri də nəzərə aldıqda, yenilənmiş neft qiyməti proqnozu və qaz qiymətlərinin müəyyən müddət yüksək qalacağı ilə bağlı gözləntilər nəzərə alınaraq, 2023-cü ildə icmal büdcənin profisiti son hesabatdan bəri 1,5 faiz artırılaraq ÜDM-in 6,7%-nə bərabər olacağı gözlənilir.

 

 Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN