Özbəkistan hakimiyyəti hər hansı birlik vasitəsilə qaz və elektrik enerjisi almaqdan imtina edib.

Bu barədə ölkənin energetika naziri Jurabek Mirzamaxmudov bildirib.

O qeyd edib ki, resursları alarkən ölkə ilk növbədə milli maraqları rəhbər tutacaq.

"Bu gün biz hansısa ittifaq vasitəsilə deyil, qonşu ölkələrdən qaz və elektrik enerjisinin idxalı ilə bağlı danışıqlar aparırıq", - deyə Özbəkistanın energetika naziri bildirib.

J.Mirzamaxmudov enerji təchizatı məsələsi ilə bağlı danışıqların aparıldığı ölkələrin adlarını açıqlamayıb.

Qeyd edək ki, indi Özbəkistanda kəskin qaz qıtlığı var. Bu səbəbdən ölkənin bəzi rayonlarında elektrik enerjisinin verilişində planlı fasilələr yaranır. Daşkənddə və Fərqanə vadisinin rayonlarında yanacaqdoldurma məntəqələri müvəqqəti bağlanıb. Özbəkistanın digər bölgələrində onların işi məhduddur.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev noyabrın 28-də bildirib ki, Rusiya lideri Vladimir Putin Rusiya Federasiyası, Qazaxıstan və Özbəkistanın iştirakı ilə üçtərəfli ittifaqın yaradılmasının zəruriliyini bəyan edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN