Dekabrın 17-də Macarıstanın baş naziri Viktor Orban Qara dənizin dibindən sualtı kabel vasitəsilə Azərbaycandan (Gürcüstan və Rumıniyadan keçərək) elektrik enerjisinin tədarükü haqqında saziş imzalayacaq.

Bu barədə Macarıstanın baş nazirinin mətbuat katibi Bertalan Havaşi məlumat verib.

Saziş Buxarestdə bağlanacaq.

MTI xəbər agentliyinin məlumatına görə, tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Rumıniya prezidenti Klaus Yohanni və Avropa Komissiyasının sədri Ursula fon der Leyen də iştirak edəcək. Xatırladaq ki, oktyabr ayında Macarıstanın Baş naziri Viktor Orban gürcüstanlı həmkarı İrakli Qaribaşvilinin Budapeştə səfəri zamanı keçirdikləri birgə brifinqdə bu məsələyə toxunmuşdu. O, qeyd etmişdi ki, Macarıstanda da yanacağın qiyməti Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə artıb.

Baş nazir vurğulamışdı ki, ölkəsi Gürcüstan və Rumıniya vasitəsilə Azərbaycandan elektrik enerjisi almaq istəyir və bu, təbii qaza xeyli qənaət etmələrinə kömək etmiş olacaq.

Qeyd edək ki, Azərbaycan və Macarıstan  arasında strateji tərəfdaşlıq əlaqələri inkişaf etməkdədir. İndiyədək ölkələrimiz arasında 50-dən çox əməkdaşlıq sənədi imzalanıb.

 Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN