Azərbaycan 7 ildən artıqdır ki, İtaliyanın əsas neft və qaz tədarükçüsüdür, neft idxalının təxminən 19%-i,

təbii qaz idxalının isə təxminən 10%-i Azərbaycanın payına düşür.

Bunu iqtisadçı ekspert, CESI Beynəlxalq Araşdırmalar Mərkəzinin (Roma) Təhlil şöbəsinin müdiri Marko Di Liddo Azərbaycan və İtaliya arasında iqtisadi münasibətlərin inkişafından danışarkən bildirib.

O, qeyd edib ki, bu ilin sentyabrında TAP-ın istifadəyə verilməsi ilə keçən illə müqayisədə qaz axını 37%-dən çox artıb.

Həmçinin ekspert vurğulayıb ki, iqtisadi əməkdaşlığı daha dərin, daha geniş, daha müxtəlif və daha sabit səviyyəyə çatdırmaq üçün hökumətlərin həll etməli olduğu iki mühüm məsələ var: Birinci mühüm məqam ticarət balansında daha böyük tarazlıq yaratmaq yönündə kommersiya əlaqələrinin enerji sektorundan kənarda genişləndirilməsidir, ikincisi  və həyati əhəmiyyət daşıyanı isə İtaliyadakı və Avropadakı maraqlı tərəfləri Azərbaycanla əməkdaşlığın vacibliyinə inandırmaqdır. 

Qeyd edək ki, ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 8-də qurulmuşdur.

1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilmişdir.

 Xatırladaq ki, bu ilin sentyabrdında Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya 7-ci dəfə səfər edib. Səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənəd imzalanıb. Bu sənədlər siyasi, müdafiə, iqtisadi-ticarət, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəni, elmi, turizm, idman, qida təhlükəsizliyi, paytaxtlar səviyyəsində əməkdaşlıq sahələrini əhatə edir.

Azərbaycan Respublikası və İtaliya Respublikası arasındakı ticarət dövriyyəsi 2021-ci ilədək -

 (min ABŞ dolları)

İllər

İdxal

İxrac

Dövriyyə

 

2007

140,8

940,9

1081,7

 

2008

190,5

19220

19410,5

 

2009

127,7

3788,4

3916,1

 

2010

118,312.1

7,044,153.9

7,162,466.0

 

2013

249,256.9

5,989,658.2

6,238,915.1

 

2014

272,643.4

4,805,617.6

5,078,261.0

 

2015

587,764.7

2,254,330.5

2,842,095.2

 

2016

332,442.1

4,333,747.1

4,666,189.2

 

2017

318,669.5

4,406,425.2

4,725,094.7

 

2018 

340,085.76

5,879,775.32

6,219,861.08

 

2019

369.930,8

5.638.641,8

6.008.572,6

 

2020

396.214,2

4.172.239,6

4.568.453,8

 

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN