“AZORGANIK” Sahibkarlığın İnkişafı Fondunun xətti ilə əldə etdiyi 1 milyon manat güzəştli kreditlə Astara rayonunda 45 hektar ərazidə avokado 10 hektar ərazidə isə yeni limon sortları üçün bağ salır. 

 “AZORGANIK” Kənd Təsərrüfatı Korperativinin sədri Faiq Osmanlı bildirib ki, Astara rayonunda indiyədək ölkəmizdə yetişdirilməyən bir çox meyvələrin becərilməsinə başlanacaq: avokado, manqo, marakuya, taiti lime, qreypfrut, pomela, limonun yeni növləri (Zagara Bianca, Kutdiken, Enterdonant, Lamas, Yediveren), kinkan, banan, portağal (karakara, Sweet Red, Fukomoto Navel növləri), naringinin WMurcott növü.

“Bəzi meyvələr, məsələn, banan, pitaya, papaya Astarada açıq şəraitdə də yetişdirilə bilər. Amma onların bir qismi istixana şəraitində yetişdirilməlidir ”, - deyə sədr qeyd edib.

O, əlavə edib ki, Astarada salınmış həmin meyvə ağaclarının məhsulu 3 ildən sonra normal bar verəcək və həm daxili təlabat üçün, həm də ixrac üçün nəzərdə tutulub. Azərbaycanda bu meyvələrin yetişdirilməsi kifayət qədər valyutanın xaricə axmasının qarşısını alacaq.

Xatirladaq ki, son illər Azərbaycan meyvə ixracını azaldıb, idxal isə artıb.

Məsələn, təkcə ötən ilin ilk 5 ayında Azərbaycana xarici ölkələrdən 110,3 milyon dollar dəyərində 205,3 min ton meyvə-tərəvəz idxal olunmuşdusa, cari ilin ilk beş ayında 209,7 min ton meyvə-tərəvəz idxal edilib.

Azərbaycan meyvəni daha çox  İran, Türkiyə, Gürcustan, Çin və Afrika ölkələrindən alır.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN