Rusiya prezidenti Vladimir Putin 2022-ci ildə Belarusla ticarətdə yeni rekorda imza atacağına əmin olduğunu bildirib. Dövlət başçısı dekabrın 19-da Minskdə Belarus lideri Aleksandr Lukaşenko ilə görüşündə əməkdaşlığın iqtisadi nəticələrinə yekun vurub.
Putinin sözlərinə görə, son on ayda qarşılıqlı ticarət 10% artıb. O vurğulayıb ki, ilin sonunda çox güman ki, bu rəqəm yeni rekorda - 40 milyard dollara çatacaq.
Rusiya prezidenti qeyd edib ki, Belarus yaxşı qonşu ilə yanaşı, həm də Rusiya Federasiyasının müttəfiqidir. Lukaşenko öz növbəsində bildirib ki, iki ölkənin birgə işi Qərbin sanksiyalarının səbəb ola biləcəyi mənfi nəticələrin qarşısını almağa imkan verib.
Xatırladaq ki, Putin və Lukaşenko Minskdəki hava limanında görüşdükdən sonra getdikləri Müstəqillik Sarayında danışıqlar aparırlar.
Kreml ticarət-iqtisadi məsələlərlə yanaşı, siyasətçilərin görüşünün gündəliyində hərbi mövzuları və qarşılıqlı inteqrasiyanın nüanslarını açıqlayıb.
E.ŞİRİNOV