Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Qazaxıstanda öküz və quzuların ixracına məhdudiyyətlər tətbiq edilib.
Belə ki, 31 dekabr 2022-ci il tarixindən Qazaxıstan Respublikası Kənd Təsərrüfatı Nazirinin əmrinə əsasən, Qazaxıstanda kənd təsərrüfatı heyvanlarının ölkə ərazisindən çıxarılması ilə bağlı yeni qaydalar qüvvəyə minib.
Beləliklə, aşağıdakı kəmiyyət məhdudiyyətləri tətbiq edilmişdir:
- Qazaxıstan ərazisindən üçüncü ölkələrə və Avrasiya İqtisadi İttifaqının dövlətlərinə 60 min baş həcmində öküzlərin ixracı üçün;
- Qazaxıstan ərazisindən üçüncü ölkələrə və Aİİ dövlətlərinə 120 min baş quzuların ixracı üçün.
Kənd Təsərrüfatı Nazirliyindən aydınlıq gətirilib ki, kvotalar yalnız yaşı 12 aydan yuxarı olan öküzlər və 6 aydan yuxarı quzular üçün müəyyən edilir və damazlıq mallara şamil edilmir.
“1 yem sahəsinə düşən iribuynuzlu mal-qaranın (mal-qara) limiti 500 başdır, 1 əmtəə istehsalçısına 200 baş, 1 yem sahəsinə xırdabuynuzlu üçün 1000 baş, 1 əmtəə istehsalçısına 500 baş düşür”, - Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Bu günə kimi ölkə üzrə 602 baş iribuynuzlu mal-qara sonrakı ixrac üçün karantinə alınıb.
Qeyd edək ki, Qazaxıstan Respublikası Statistika Komitəsinin məlumatına görə, 2021-ci il yanvarın 1-nə respublikada 7848,5 min baş inək və öküz, oktyabrın 1-nə isə 8563,2 min baş bu heyvanlar qeydə alınıb. Nəticədə yanvarın 1-dən oktyabrın 1-dək iribuynuzlu mal-qaranın sayı 714,7 min baş və ya 9,1 faiz artıb.
Azərbyacan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2022-ci ilin aprelində ölkə üzrə 8168,8 min baş qoyun və keçi, 2666,9 min baş iribuynuzlu mal-qara, o cümlədən 1295,3 min baş inək və camış, 5952 baş donuz mövcud olub. İribuynuzlu mal-qaranın 48,6 faizini inək və camışlar təşkil edir.
2021-ci ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 6,1 min baş (0,2 faiz), inək və camışların sayı 8,4 min baş (0,7 faiz) artmış, qoyun və keçilərin sayı isə 110,4 min baş (1,3 faiz) azalmışdır.
JASMİN