Rusiya neftinin "qiymət tavanı" müəyyən edilib...

ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiyadan neftin qiyməti ilə bağlı məhdudiyyətlərin bir barrel üçün 60 dollar səviyyəsində saxlanmasını zəruri hesab edir.

Bu barədə yanvarın 19-da Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ, hələlik Rusiya neftinin qiymət həddinə yenidən baxmaq istəmir və Rusiya neft məhsulları, xüsusən də dizel yanacağı üçün qiymət həddinin qüvvəyə minməsini gözləmək niyyətindədir.

Vaşinqton hesab edir ki, Rusiya neftinin qiymətinin məhdudlaşdırılması və Rusiya neft məhsulları üçün "qiymət tavanı" bir-birini tamamlayacaq (TASS).

Bloomberg xatırladıb ki, qiymət həddinə yenidən baxılması üçün “Böyük Yeddilik” (G7) və Avropa İttifaqı ölkələri arasında yekdillik tələb olunur. ABŞ-ın hazırkı mövqeyinə görə, Rusiyadan gələn neftin bir barreli üçün qiymət həddi 60 dollar səviyyəsində saxlanıla bilər.

***

Xatırladaq ki, G7 ölkələri, Avstraliya və Avropa İttifaqı dekabrın 5-də Rusiyadan neft tədarükünün maksimal qiymətini məhdudlaşdırmaq üçün rejim tətbiq ediblər və bir barrel üçün qiymət həddi 60 dollardır.

Daha sonra Prezident Vladimir Putin də Rusiya neftinə “qiymət tavanı”nın tətbiqinə cavab tədbirləri haqqında fərman imzaladı. Fərmanda bildirilib ki, “qiymət tavanı”nda iştirak edən ölkələrə neft və neft məhsulları satılmayacaq.

Fərman 2023-cü il fevralın 1-dən qüvvəyə minir və 2023-cü il iyulun 1-dək qüvvədə olacaq.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN