Maliyyə nazirinin müavini Tatyana Savelyeva departamentin kollegiyasında Qazaxıstan prezidentin müraciətini və onun seçkiqabağı proqramını həyata keçirmək üçün tələb oluna biləcək məbləği açıqlayıb.

Onun sözlərinə görə, 2023-cü il üçün əsas vəzifə gələcək siyasi və konstitusiya islahatlarına maliyyə dəstəyinin təmin edilməsi və iqtisadiyyatın dəstəklənməsidir.

Nazir müavini qeyd edib ki, cari ilin büdcəsi dəqiqləşdirilərkən və 2024-2026-cı illərin büdcəsi formalaşdırılarkən dövlət başçısının müraciətinin, seçkiqabağı proqramının icrası, nəticələrə dair tapşırıqlar üzrə böyük məsələlər bloku, regionlara səfərlərin yekunlarına dair göstərişlər, yeni milli layihələr və digər məsələlər işlənməli olacaq.

“Məsələn, rayon və şəhərlərin hakimlərinin birbaşa seçkilərinin keçirilməsi kimi. İlkin hesablamalara görə, bu il əlavə 1 trilyon tenge  (təqribən 369155985.60 manat -red) tapmaq lazım gələ bilər”, - deyə Savelyeva bildirib. .

Həmçinin diqqətə çatdırıb ki, qurum faktiki olaraq respublika büdcəsinin dəqiqləşdirilməsinə başlayıb. İnzibatçılar büdcə tələblərini yanvarın 23-dək təqdim etməlidirlər - martın əvvəlində onların Milli Məclisə çıxarılması planlaşdırılır.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN