Xüsusi hərbi əməliyyat zamanı ciddi zədələnmiş Mariupol dəmir yolu stansiyasının bazasında müasir nəqliyyat terminalının yaradılması gözlənilir.

Tezadlar.az bildirir ki, bu barədə şəhər merinin birinci müavini Dmitri Berdnikov məlumat verib.

O, qeyd edib ki, stansiyaya bitişik şəxsi tikililəri olan Slobodka ərazisi də ciddi ziyana məruz qalıb. Buradakı bəzi binalar logistik məntəqənin ərazisini genişləndirmək üçün sökülməlidir.

Berdnikovun sözlərinə görə, stansiyanın bazasında şəhər və şəhərlərarası avtobusların gələcəyi, həmçinin qatarın yola düşəcəyi müasir nəqliyyat qovşağı yaradılmalıdır. Eyni zamanda Mariupoldan uzun məsafəli qatarların hərəkətə başlayacağı tarixləri söyləmək hələ tezdir, çünki təhlükəsizlik məsələlərini həll etmək lazımdır. Və bu, mer müavininin sözlərinə görə, artıq şəhər rəhbərliyinin səlahiyyətlərinə aid deyil.

Donetsk Xalq Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ötən ilin mayında Mariupolda dəmiryol vağzalını minalardan təmizləyiblər. İstehkamçıların ardınca “Donetsk Dəmir Yolu”nun təmir briqadası yükdaşımaları üçün nəzərdə tutulan üçüncü yolun bərpasına başlayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN