Türkiyə Ukraynadan Rusiyanın iştirakı olmadan taxıl sazişinin davam etdirilməsi ilə bağlı müraciət alıb və məsələni BMT ilə razılaşdırır.
Tezadlar.az-ın məlumatına görə, bu barədə Qara dəniz taxıl təşəbbüsü ətrafında vəziyyətlə tanış olan mənbə xəbər verib.
“Bəli, belə bir müraciət (Kiyevdən) daxil olub, bununla bağlı BMT-dən də bizə müraciət ediblər. Onlarla koordinasiya var, lakin hazırda heç bir qərar verilməyib”, - mənbə deyib.
E.ŞİRİNOV