Qərb Rusiyaya taxıl müqaviləsi ilə bağlı verdiyi vədləri yerinə yetirməlidir.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

"İndiki mərhələdə Qərb ölkələri hərəkətə keçməli və öz vədlərini yerinə yetirməlidir. Təbii ki, biz Rusiya Prezidenti Vladimir Putinin hələlik 1 milyon ton taxıl göndərilməsi təklifi ilə bağlı məsələ qaldırdıq. Biz cənab Putindən xahiş edəcəyik ki, bu həcmi artırsın.

 Təbii ki, Qərb də bu kontekstdə üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Yalnız taxıl deyil, həm də gübrə var. Gübrə məsələsinə yüngül yanaşmaq olmaz”, - deyə TRT TV Ərdoğanın sözlərindən sitat gətirib.

Ərdoğan bildirib ki, Rusiyanın taxıl müqaviləsi ilə bağlı tələbləri aydın və göz qabağındadır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN