2023-cü ilin yanvar- sentyabr aylarında Azərbaycana 50 milyon 820,47 min dollar dəyərində 9 min 710,17 ton çay idxal edilib.

TEZADLAR.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 4 milyon 588,89 min dollar (8,3%), miqdar ifadəsi ilə 1 117,19 ton (10,3%) azalıb.

2022-ci ilin ilk 9 ayı ərzində Azərbaycana 55 milyon 409,36 min dollar dəyərində 10 min 827,36 ton çay idxal edilib.

Qeyd edək ki, hesabat dövründə ölkəyə gətirilən çayın 1 tonun idxal qiyməti 5234 dollar təşkil edib. Bu göstərici son bir ildə 116 dollar (2,3%) azalıb. Ötən ilin eyni dövründə 1 ton çayın idxalına çəkilən xərcin dəyəri 5 118 dollar olub.

Xatırladaq ki, cari ilin ilk 9 ayında buğda idxalı Azərbaycanın ümumi idxalının 0,40%-nə bərabər olub. 2022-ci ilin eyni dövründə isə bu göstərici 0,54% idi.

Bu dövrdə xaricə 4 milyon 604,78 min dollar dəyərində 505,87 ton çay ixrac edilib. 

İxrac göstəriciləri məbləğ baxımından 5 milyon 51,29 min dollar (2,1 dəfə), miqdar baxımından 1 055,01 ton (3,1 dəfə) azalıb.

Keçən ilinn müvafiq dövründə 9 milyon 656,7 min dollar dəyərində 1 560,88 min ton çay ixrac edilib.

1 ton çayın ixrac dəyəri cari dövrdə 9 103 dollar, keçən ilin müvafiq dövründə 6 186 dollar təşkil edib. İxrac qiyməti son bir ildə 2 916 dollar yəni 47,1% artıb.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında çayın ümumi ixracda xüsusi çəkisi 0.02%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,46%-ə bərabər olub.

Keçən  ilin yanvar-sentyabr aylarında çayın ümumi ixracda xüsusi çəkisi 0.03%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0.46%-ə bərabər olub.

Hesabat dövründə idxal ixracı 19,2 dəfə üstələmiş olub.

fed

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN