Sabah Masallı rayonunun dörd kəndində qaz təchizatında məhdudiyyət yaranacaq.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. 

“Masallı rayonunun Bambaşı kəndində diametri 273 millimetrlik orta təzyiqli daşıyıcı qaz xəttində aşkar edilmiş yeraltı qaz sızmasını aradan qaldırmaq üçün Bambaşı, Böyük Xocavar, Yeyənkənd kəndlərinin və Köhnə Alvadı kəndinin bir hissəsi olmaqla ümumilikdə 1 800 abonentin qaz təchizatının sabah saat 10:00-dan iş yekunlaşana qədər dayandırılması planlaşdırılır”, - deyə qurumdan bildirilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN