booked.net booked.net  

Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulan əmlak vergisinin mənzil sahibinə aidiyyəti varmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən TEZADLAR.AZ-a bildirilib ki, Vergi Məcəlləsinin 197.1-ci maddəsinə uyğun olaraq, fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq, rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyektini təşkil edir.

Bina dedikdə insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti başa düşülməlidir. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların orada yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı hissələrin (balkon və ya eyvanlar istisna edilməklə) sahəsi daxil olmaqla, onun bütün hissələrinin məcmusundan ibarətdir.

Əsas: Vergi Məcəlləsinin 13.2.54-cü, 197.1.1-ci, 198.1.1-ci və 200-cü maddələri, Mənzil Məcəlləsinin 12.2-ci və 12.5-ci maddələri

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN