“Qazaxıstan və Azərbaycan Asiya ilə Avropa arasında mühüm nəqliyyat qovşaqlarına çevrilirlər.

EUReporter saytında dərc olunan məqalədə deyilir ki, hər iki ölkədən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) əhəmiyyətli potensiala malikdir.

Məqalədə vurğulanır ki, “Yeni İpək Yolu” ideyası Qazaxıstan, Azərbaycan və Gürcüstan vasitəsilə Çindən Avropa İttifaqına malların çatdırılmasını ehtiva edir: “Ekspertlərin hesablamalarına görə, Orta Dəhliz üzrə daşımaların həcmi 86 faiz artaraq 2,8 milyon tona çatıb. Bu, 2021-ci ilin məlumatları (586 min ton) ilə müqayisədə əhəmiyyətli şəkildə çoxdur”.

Avropa İttifaqı alternativ nəqliyyat marşrutlarının inkişafının vacibliyini qəbul edir. Bu məqsədlə bu il yanvarın 29-30-da Brüsseldə “Global Gateway” təşəbbüsü çərçivəsində 1-ci İnvestor Forumu keçirilib. Avropa və beynəlxalq maliyyə institutları Mərkəzi Asiyada dayanıqlı nəqliyyat əlaqələrinin inkişafına 10 milyard avro sərmayə qoymağı öhdələrinə götürüblər.

Məqaləyə görə, Orta Dəhlizin inkişafının təsirini Mərkəzi Asiyanın dənizə çıxışı olmayan, lakin Avropa ilə ticarətin genişləndirilməsində maraqlı olan digər dövlətləri də hiss edəcəklər.

Uzunmüddətli perspektivdə Qazaxıstan Mərkəzi Asiyada əsas tranzit ərazi statusuna malik olacaq və Azərbaycan Orta Dəhlizin möhkəmlənməsinə kömək edəcək: “Bakı və Astana arasında ikitərəfli əlaqələr nəqliyyat sahəsi üzrə perspektivli əməkdaşlıq formatı, eləcə də türk dövlətlərinin siyasi birliyi amili nəzərə alınmaqla strateji xarakter alır. Brüssel Mərkəzi Asiyada geosiyasi mövqeyini saxlamaq istəyirsə, Avropa İttifaqı Orta Dəhlizdə investisiyaları daha qəti şəkildə artırmalıdır”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN