Nyu-York məhkəməsi FTX kriptovalyuta birjasının təsisçisi Sem Benkman-Fridi müştərilərdən milyardlarla dollar oğurladığına görə 25 il həbs cəzasına məhkum edib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə reuters yazıb.

Məhkəmə üzvləri 32 yaşlı Sem Benkman-Fridi fırıldaqçılıq, sui-qəsd və çirkli pulların yuyulması da daxil olmaqla yeddi maddə üzrə təqsirli bilib. İttiham tərəfi onun 40 ildən 50 ilədək həbs edilməsinin istəyib.

Hakim Lyuis Kaplan hökmü verməzdən əvvəl  "O, cinayət törətdiyini bilirdi" deyib.

Hakimin fikrincə, FTX müştəriləri 8 milyard dollar, investorlar daha 1,7 milyard dollar, birja kreditorları isə 1,3 milyard dollar vəsaitlərini itiriblər. ABŞ prokurorları bunu ABŞ tarixində ən böyük maliyyə fırıldaqlarından biri adlandırıblar.

Məhkəmə, həmçinin  Sem Benkman-Fridin 11 milyard dollarlıq əmlakının müsadirəsi və zərərçəkənlərə təzminat ödənilməsi barədə qərar da çıxarıb.

Xatırladaq ki, ən böyük kriptovalyuta ticarət platformalarından biri olan FTX kriptovalyuta birjasının dəyəri 2022-ci ilin əvvəlində 30 milyarddan çox idi, lakin həmin ilin noyabrında uğursuzluğa düçür oldu ki, bu da  kriptovalyuta bazarını çökdürdü...

 

JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN