5 ayın sosial göstəriciləri
***
Bu ilin yanvar-may aylarında DOST mərkəzlərində 324 min vətəndaşa xidmət göstərilib.
TEZADLAR.AZ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) istinadən xəbər verir ki, 2019-cu ilin may ayından ölkəmizdə artıq 7 DOST mərkəzi açılıb. Həmin mərkəzlərdə 159 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.
DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,2 faiz təşkil edir.