Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.

AQTA-nın verdiyi məlumata görə, Ağdam rayonunun Quzanlı qəsəbəsində fiziki şəxs Baxşəliyev Zabil Cavanşir oğluna məxsus ərzaq məhsullarının satışı mağazasında yoxlama keçirilib.

Yoxlama zamanı mağazada qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitar norma və qaydaların tələblərinin pozulduğu aşkar edilib. Mağazada istifadə müddəti bitmiş istehlak üçün yararsız ət, süd və qənnadı məhsullarının satıldığı, temperatur rejiminə əməl edilmədiyi, həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçilərin dövri olaraq tibbi müayinədən keçmədiyi məlum olub.

İstehlak üçün yararsız məhsullar satış şəbəkəsindən çıxarılaraq aşkar olunmuş faktla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN