Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

“AZ FP CO LTD” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş, 11 adda, 19691.46 kq müxtəlif növ dondurma məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Xatırladaq ki, dekabr ayında da  “AZ FP CO LTD” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş 1 adda, 5513.44 kq dondurma məhsulları poliqonda məhv edilmişdi.

Qeyd edək ki, bir müddət əvvəl, “Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız, istifadə müddəti bitmiş, ümumi çəkisi 2994.8 kq müxtəlif növ şirniyyat, 60 tondan artıq qida məhsulları və yenə də 35 tonadək  müxtəlif növ qida məhsulları, “FOODİNİ” MMC-nin 4 tonadək qida məhsulları  “Təmiz Sumqayıt-Kənan” MMC-nin poliqonunda məhv edilib...

Əslində bu siyahını uzatmaq da olar…

...Əsrin ən dağıdıcı karonavirus böhranı, onun  iqtisadiyyata vurduğu ağır zərbə, səhiyyə xərclərinin artması, həmçinin dünyada ərzaq çatışmazlığı məsələsi ciddi narahatlıq yaradır. Dünyada aclıqdan əziyyət çəkənlərin  və məhz aclıq səbəbindən ölənlərin sayı isə günbəgün artır. Amma bu məsələ bir çoxunun heç vecinə də deyil…    

Elə buna görədir ki, bütün  mağazalarda günbəgün bahalaşan, əl yandıran qiymətlər  alıcıları piştaxtalardan uzaq salsa da, yenə də bu, zibilxanaya göndərilən qida məhsullarının qiymətlərinə təsir etmir. Və çox təəssüf ki, hələ də “zibilxanaya gömərəm, amma qiymətini endirmərəm”  prinsipi ilə yaşayanlar var…

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN