Dekabr ayında ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası birinciliyə yüksəlib.

Qeyd edək ki, bu barədə “İxrac icmalı” nın yanvar sayında bildirilib.

2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.

Qeyri-neft sektoru üzrə ixrac 2020-ci il ilə müqayisədə 870 mln. ABŞ dolları və ya 47,2% artıb. 2021-ci il ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 22,9 mln ABŞ dolları artaraq 630,4 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində pambıq ipliyi ixracı 3,1 dəfə, kimya sənayesi məhsullarının ixracı 2,9 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 66,2%, pambıq lifi ixracı 58,3%, şəkər ixracı isə 19,3% artıb.

2021-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  pambıq mahlıcı (208 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (202,5 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (160,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.2021-ci ilin yanvar-dekabr ayları ərzində Rusiya Federasiyasına 877,8 milyon ABŞ dolları, Türkiyəyə 675,9 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 224,1 milyon ABŞ dolları, Gürcüstana 157,5  milyon ABŞ dolları və Amerika Birləşmiş Ştatlarına isə 74,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Normallaşma prosesinin davam etdiyi dövrdə dekabr ayı üzrə ixrac 2,4 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 73,9% təşkil etməklə 353,6 mln ABŞ dolları olub. 2021-ci ilin dekabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 38,7% artaraq 101,5 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 93,7% artaraq 252,1 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin dekabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (114 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (89,8 milyon ABŞ dolları) və İsveçrə üçüncü (19,5 milyon ABŞ dolları) olub.

***

Xatırladaq ki,  2020-ci il ərzində Azərbaycanın ümumi ixracı 13, 7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə isə 1, 9 milyard ABŞ dolları dəyərində olub.

2020-ci il ərzində Rusiyaya 691 milyon, Türkiyəyə 377.8 milyon, İsveçrəyə 224.8 milyon, Gürcüstana  127.6 milyon və Çinə 44.5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

İxrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (205.6 milyon ABŞ dolları) birinci, tomat (pomidor) (201.4 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (131.9 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə, 2020-ci il ərzində meyvə-tərəvəz ixracı 607,7 milyon, pambıq lifi ixracı 133,2 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 113,4 milyon, kimya sənayesi məhsullarının ixracı 85,2 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 52,4 milyon,  pambıq ipliyi ixracı 19 milyon,  spirtli və spirtsiz içkilərin ixracı 12 milyon, şəkər ixracı 26,9 milyon, bitki və heyvan mənşəli piylər və yağlar  ixracı  24,7 milyon, çay ixracı 9,5 milyon ABŞ dolları təşkil edib.

2020-ci ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixrac 213,5 milyon ABŞ dolları təşkil edib. Sözügedən dövr ərzində qeyri-neft sektorunun ümumi ixracda payı 31.4 faiz təşkil edib ki, bu da ötən dövrlə müqayisədə 23,1 faiz çoxdur. 2020-ci ilin dekabr ayında yeyinti məhsullarının qeyri-neft sektorunda payı 34,4 faiz, qeyri-yeyinti sektoru üzrə isə 65,6 faiz təşkil edib.

Yenə də 2020-ci ilin dekabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (62.8 milyon ABŞ dolları), Türkiyəyə (57.3 milyon ABŞ dolları), İsveçrəyə (23.5 milyon ABŞ dolları), Gürcüstana (10.7 milyon ABŞ dolları) və Özbəkistana (7.6 milyon ABŞ dolları)  ixrac edilib.

Qeyri-neft sektoru üzrə ixracda (dekabrda - red) xurma (26.7 milyon ABŞ dolları) birinci, qızıl (21.9 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (21.3 milyon ABŞ dolları ) üçüncü yerdə qərarlaşıb.

TƏQDİM ETDİ: JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN