"PAŞA Bank"ın "İnternet Bank" xidmətində Rusiya rublu ilə həyata keçirilən mübadilə (nağd, nağdsız) əməliyyatlarının aparılması müvəqqəti olaraq məhdudlaşdırılıb.

Bu barədə bankdan məlumat verilib.

Qeyd olunur ki, bu qərar maliyyə bazarlarında Rusiya rublu ilə bağlı yaranmış vəziyyətlə əlaqədar olaraq qəbul edilib.

Qeyd edək ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla əlaqədar rublun qiyməti kəskin ucuzlaşıb. Səhər saatlarında birjalarda bir ABŞ dolları 117 rubl ətrafında alınıb-satılırdı.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN