DAHA 17 696 KQ MƏHSUL ZİBİLXANALIQ OLDU...

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

“AZ FP CO LTD” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş 18 adda, 17696 kq müxtəlif növ süd məhsulları xammalları və qatqıları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Əlbəttə, alqışlanası haldır ki, istifadə müddəti bitmiş bu məhsullar satılmır.

Lakin hər dəfə tonlarla məhsulun zibilxanada məhv edildiyini gördükdə, təəssüflənməyə bilmirsən: ölkədə bu məhsullara ehtiyac yox idimi?.. 

Və hər dəfə belə məlumatla (çox təəssüf ki, son zamanlar daha tez-tez) rastlaşdıqda  qeyd edirik ki, sahibkarlar bu israfçılığın, bu itkinin qarşısını vaxtında alsınlar, yollar fikirləşsinlər. Xarici ölkələrdəki təcrübələri öyrənsinlər.

Amma hələ ki, tonlarla məhsul zibilxanalıq olur və görünür ki, elə bu cür də davam edəcək...

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN