Ukraynada aparılan müharib səbəbindən ixracat dayandığı üçün, bəzi ölkələrdə aclıq baş verə bilər.

Ukrayna günəbaxan yağının ən öndə gedən ixraacatçısı olmaqla yanaşı soya, quş əti, bal və süd məhsullarının əhəmiyyətli tədarükçüsüdür.

Bu barədə  Ukrayna Aqrar Siyasət və Ərzaq nazirinin müavini Taras Vısotski məlumat verib.

Onun sözlərinə görə, Ukrayna son illər dünyanın taxıl tədarükçüləri arasında ilk beşliyə düşüb, ona görə də bir çox ölkələrə buğda, arpa və qarğıdalı tədarükü ondan asılıdır.

Vısotski qeyd edib ki, Ukrayna məhsullarından ən çox asılı olan regionlar Yaxın Şərq, Şimali Afrika, Misirdir, həmçinin  Cənub-Şərqi Asiya ölkələri, xüsusən də İndoneziya, Koreya, Çindir.

O, vurğulayıb ki,  əgər Cənub-Şərqi Asiya ölkələri müvəqqəti olaraq başqa məhsullara yönlənə bilsələr, o zaman Yaxın Şərq və Şimali Afrika ölkələri faktiki olaraq yalnız Ukraynanın  tədarükündən asılıdır.

"Artıq bir aydan çoxdur ki, limanlar bağlanıb. Təkcə taxıl deyil, ət məhsullarının, xüsusən də mal əti, quş əti, yumurta, süd məhsullarının ixracı da dayandırılıb. Əslində, bu, xeyli qıtlığa və həqiqətən də aidiyyəti ölkələrdə aclığa səbəb ola bilər”, - deyə nazir müavini izah edib.

Həmçinin o, dəqiqləşdirib ki, Ukraynada günəbaxan yağı ixracın 55%-ni təşkil edir -  bu, mütləq əksəriyyətdir. Eyni zamanda, Çin və Hindistandan başqa, Aİ ölkələri də əsas idxalçılardır və buna görə də Ukrayna təchizatı olmadan qlobal qıtlıq yaranacaq.

Ukrayna  Nazirlər Kabinetinin naziri Oleq Nemçinov isə bildirib ki, Rusiya Federasiyası bilərəkdən Ukraynada əkin kampaniyasını pozmağa çalışır.

Qeyd edək ki, Ukraynada müharibə başladıqdan sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda, artıq Rusiyada bəzi ərzaq məhsullarının qıtlığı başlayıb. O cümlədən bir çox ölkələrdə şəkərin, günəbaxan yağının anbarlarda azaldığı söylənilir. Qida məhsullarının qiymətində də artım müşahidə olunur.

Bəs Azərbaycanda vəziyyət necədir?

Xatırladaq ki, mövzu ilə bağlı bu günlərdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Azərbaycan hökumətinin "bütün riskləri" nəzərə aldığını bildirib:

"Dünən hökumətin hesabatını verərkən Baş nazir Əli Əsədov açıq şəkildə qeyd etdi ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, artıq ölkədə ərzaq ehtiyatının yaradılması ilə bağlı çox ciddi addımlar atıb. Bütün qarşıya çıxacaq risklər nəzərə alınıb və bununla əlaqədar olaraq, ölkədə hər hansı bir gərginliyin yaşanacağı proqnozlaşdırılmır".

BBC News Azərbaycancaya müsahibəsində millət vəkili bildirib ki, konkret taxıl ehtiyatları ilə yanaşı, vətəndaşların ay ərzində taxıl istehlakı da hesablanıb və buna uyğun ehtiyat yaradılıb.

JASMİN

 

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN