Dünən martın 9-da Ukrayna Təhlükəsizlik Xidməti "Antonov" dövlət müəssisəsinin keçmiş baş direktoru Sergey Bıçkovu saxlayıb və məhkəmə qərarl ilə o, 60 sutka həbs edilib...
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Bıçkovdan başqa, DTX "Antonov" hava nəqliyyatı müəssisəsinin təhlükəsizlik şöbəsinin rəisi A. A. Netesovu da saxlayıb və Antonov hava nəqliyyatı müəssisəsinin direktoru M. Q. Xarçenkonu şübhəli şəxs kimi heç yerı getməmə xəbərdarlığı ilə nəzarət altına alıb. İstintaqın məlumatına görə, "Antonov" dövlət müəssisəsinin vəzifəli şəxsləri müəssisəsin Qostomel aerodromunun müdafiəsinə hazırlıqda iştirak edən Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrin qanuni fəaliyyətinə müdaxilə ediblər. Məsələn, bura aerodromun ələ keçirilməsi, Dövlət Fövqəladə Hallar Xidmətinin xilasedicilərinin həlak olması və yaralanması, müəssisənin əmlakına və hava gəmilərinə, o cümlədən AN-225 “Mriya”ya ziyan vurulması və məhv edilməsi kimi cinayət əməlləri təsdiqini tapmaqdadır. O da məlum olub ki,ibtidai istintaq zamanı məlum olub ki, 2022-ci ilin yanvar-fevral aylarında "Antonov" Dövlət Müəssisəsinin rəsmilərinin Milli Qvardiyanın ərazisində mühəndis-istehkam tikililərinin tikintisinə icazə verməkdən imtina etmək barədə dəfələrlə qərar qəbul etdiyi sənədləşdirilib. Məhz bununla da aerodromun müdafiə qabiliyyətinin azalmasına və nəticədə Kiyevin müdafiəsi üçün strateji obyektlərin tutulmasına səbəb olub. Qeyd olunur ki, martın 9-da hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət prosesində təqsirləndirilən şəxslərin faktiki yaşayış və iş yerləri üzrə 9 dəfə axtarış apararaq, onlara Cinayət Məcəlləsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli olduqları barədə məlumat veriblər. UKU-nun 114-1.
Portal yazır ki, həmin gün Kiyevin Şevçenkovski Rayon Məhkəməsi şübhəlilər Bıçkova və Netesova barələrində girov hüququ olmadan 60 sutka müddətinə həbs qətimkan tədbiri seçib.
İstintaq davam edir. Daha bir neçə yüksək vəzifəli şəxslərin də həbsi gözlənilir.
A.Məmmədli