Erməni bloger Roman Bağdasaryan Robert Koçaryanın və ailəsinin inanılmaz cinayət əməlindən bəhs edib.
Tezadlar.az blogerin fb səhifəsinə istinadla bildirir ki, sən demə, Robert Koçaryanın ailəsi və bütün «Qarabağ klanı» neçə taleləri boğub məhv edib. Deməli bu yaramaz sabiq erməni prezident təkcə Qarabağda Azərbaycanın mülki əhalisinə qarşı deyil, ermənilərə də qənim kəsilibmiş. Sitat: «...Jurnalistlər Koçaryan və dəstəsinin «Converse Bank»ı Sumbat Nəsibyandan necə aldıqları barədə məlumatlıdırlar. Belə ki, bu Koçaryan əvvəlcə oğlu Sedrak Koçaryanı həmin bankda vəzifəyə qoyub, Sedrak isə işləyərkən pul kütləsi dövriyyəsinin iyini alıb, bundan sonra bankir-sahibkar haqqında «Məhv» əmri verilib. Sedrak Koçaryanın bankda necə peyda olduğunu, bankı necə soyduqlarını hamı düşünsün, biz də artıq hər şeyi bilirik... Sedrak Koçaryan sahibinin başına hansı faciəli əzablar yaşatdığı dəhşətlidir... Koçaryanlar Nəsibyanın birbaşa ailə üzvlərini cinayət məsuliyyətinə cəlb etməklə hədələyiblər ki, əks halda, onu öldürəcəklər... İzləyicilərimizi əbədi lənətlənmiş bu qanlı dəstənin bankına pul yatırmamağa çağırırıq. Bank Nəsibyan ailəsinin faciəsi hesabına fəaliyyət göstərir. İndiki sahiblər heç vaxt xoşbəxt olmayacaq və etdikləri cinayətlərə görə Allaha cavab verəcəklər…».
Bəli, erməni ki erməni! Hər yerdə başkəsən, tale məhvedəndirlər. Amma o faktdır ki, tezliklə həmin qaniçən Koçaryanın özü bu qanda boğulacaq.
A.Məmmədli