"İŞİD" terror təşkilatını dəstəkləməkdə ittiham edilərək həbs edilənlərin işi gizli saxlanıldığı üçün, rəsmi qurumlar tərəfindən təqsirləndirilən şəxslərin kimliyi barədə açıqlama verilmir.
Tezadlar.az Gürcüstan Ədliyyə Nazirliyinə istinadla bildirir ki, bu istiqamətdə araşdırmalar aparılır. Lakin "Tv Pirveli" telekanalı Rustavidə həbs edilən 3 nəfərdən birinin Omic (Oruc) Məmmədov adlı şəxs olduğunu bildirir. Qeyd olunur ki, Məmmədov özü əslən Bolnisi rayonundandır və son illər Rustavidə yaşayıb. Onun maraqlarını müdafiə edən vəkil Gela Nikoleişvili bildirib ki, Məmmədov “İslam Dövləti” ilə hər hansı əlaqəni qəti şəkildə rəd edir: "Bizə bildirildi ki, materiallar məxfidir, onları bizə verə bilməzlər və biz onlarla yerindəcə tanış olmalıyıq. Məmmədov Gürcüstan vətəndaşıdır, Bolnisidəndir və son illərdə Rustavidə yaşayıb".
Bununla beləş istintaq Məmmədovun nə səbəbə saxlanıldığına yaxın günlərdə aydınlıq gətirəcək. Ortada hələki ciddi maddi sübutlar yoxdur...
A.Məmmədli