5 ildir məhkəməsi gedən tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev həbs olunub.

 Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Aktyor Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib. Cinayət işi 2018-ci ildən davam edir və bu gün zərərçəkənlərin birinci instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxılıb.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Əməkdar jurnalist, bu günləri Türkiyədə keçirilmiş prezident və parlament seçkilərini müşahidəçi qismində izləyib Vətənə dönmüş Azər Həsrət isə aktyorun həbsinin sifarişli, həm də Fetoçu əli ilə olduğunu iddia edir.

Azər Həsrət bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

"FETO iş başında! Dünəndən xəbər yayılıb ki, milli vətənpərvər kəsimə aid olan aktyor Rza Rzayev həbs edilib! Həbs etdirən isə təhsil sistemində hələ də söz sahibi olan FETO şəbəkəsidir! Yedirtməyəcəyik! Qardaş Türkiyənin başının seçkiyə qarışdığını və bu üzdən də Azərbaycan ictimai rəyinin ona kökləndiyini fürsət bilib bu əməli törədən şəbəkə mütləq gərəkli təpkini görəcək! Azərbaycan dövləti yəqin ki, bundan sonrakı mərhələdə FETO şəbəkəsini özəlliklə də təhsildən birdəfəlik təmizləyəcək! Yeri gəlmişkən, elə biz də ailəcə bu FETO şəbəkəsinin təhsildəki parazitlərindən əziyyət çəkirik", - deyə bildirib.

Və sonda Azər Həsrət "Ayrıntılar olacaq"ını da diqqətə çatdırıb.

Yəqin ki, məşhur jurnalistin bu mesajı gözardı edilməyəcək və araşdırılacaq.

 

JASMİN  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN