Sankt-Peterburqda miqrasiya xidmətində bıçaqlanma hadisəsindən sonra “Öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb.

Bu barədə REN TV xəbər yayıb.

Hadisə noyabrın 17-də baş verib. İki şəxs arasında söz-söhbət olub və qısa zamanda davaya çevrilib, nəticədə, iştirakçılardan biri digərini bıçaqlayıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

"Ona döş qəfəsinin açıq yarası və döş qəfəsinin səthinə nüfuz edən yara diaqnozu qoyulub. O, orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib", - mənbə bildirib.

Hadisədən bir neçə saat sonra metronun Pionerskaya stansiyasında bıçaqlamaqda şübhəli bilinən şəxsin avtomobilini altı yol polisi maşını mühasirəyə alıb. Avtomobildə 4 nəfər olub, onların hamısı əlavə araşdırma üçün polis bölməsinə aparılıb.

Hazırda hadisənin bütün şəraiti müəyyən edilir.

​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN