booked.netbooked.net booked.net  

Qiss almaq məqsədi ilə keçmiş ərinin bacısı ilə Instagramda kişi adı altında tanış olaraq, şəxsi həyat sirrini pozmaqda ittiham olunan 24 yaşlı qadın saxlanılıb.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, hadisə Marneuli bələdiyyəsinin kəndlərindən birində baş verib. Dİn- nin Xüsusi İstintaq Xidmətindən verilən məlumata görə, 24 yaşlı qadın “İnstagram” sosial şəbəkəsində saxta profildən istifadə edərək qisas məqsədi ilə keçmiş ərinin bacısı, yəni baldızı ilə kişi adı altında tanış olduqdan sonra onun etibarını qazanıb və ondan çılpaq foto-video materiallar götürüb.
 Ağlı başından çıxan qarşı tərəf isə "sevgilisi"nə inanıbş ona çılpaq videolarını göndərib... Bildirilir ki, bu yolla zərərçəkmişin şəxsi həyatının sirrini əks etdirən foto-video materialı qanunsuz olaraq əldə edib saxlayıb, sonradan onun şərəf və ləyaqətini alçaltmaq məqsədilə onun qohumlarına göndərib.

Nəhayət, məhkəmə şikayət əsaslnda qərar verib, çıxarılan hökm əsasında təqsirləndirilən qadının üzərində şəxsi yoxlama aparılarkən onun mobil telefonundan zərərçəkmişin çılpaq bədənini əks etdirən foto-video material aşkar edilib. Faktla bağlı istintaq başladılıb, saxlanılan şəxsi 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bu da keçmiş ərinə görə bacısından qisas almanın nəticəsi!

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN