booked.netbooked.net booked.net  

Əvvəllər Moskva İstintaq Komitəsinin keçmiş rəhbərlərinə hədə-qorxu ilə pul tələb etməkdə və rüşvət almaqda təqsirli bilinən kriminal avtoritet Zaxari Kalaşov (“Şakro Molodoy”) şərti azadlığa buraxılması ilə bağlı qərardan sonra həbsdən azad edilib.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.

Kalaşovun koloniyadan azad edilməsi ilə bağlı sualı cavablandıran agentliyin həmsöhbəti “Belə də olmalıdır” deyib.

Bundan əvvəl Krasnodar vilayətinin Ust-Labinsk məhkəməsi onun şərti azadlığa buraxılması barədə vəsatətini təmin edib.

Kalaşovun şərti azadlığa çıxmaq üçün müraciət edəcəyi barədə məlumat ötən ilin fevralında Telegram kanallarında yayılıb. Həmin vaxt o, Rusiya Federal Penitensiar Xidmətinin Krasnodar diyarının Dvubratski kəndində yerləşən 2 saylı islah koloniyasında cəza çəkirdi.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN