Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin xəbər portalının məlumatına görə, deputatlar narkotik istehsalına görə məsuliyyətin ömürlük həbsə qədər artırılması məsələsini nəzərdən keçirirlər.
TEZADLAR.AZ QR DİN - nin məlumatına istinadən xəbər verir ki, Qazaxıstanda narkotika laboratoriyalarının sayında artım müşahidə olunur.
Qeyd edilir ki, bu ilin 7 ayı ərzində sırf sintetik narkotiklər üzrə ixtisaslaşmış 24 gizli narkotik istehsalı müəssisəsi ləğv edilib.
Təkcə Almatıda 11 belə fakt müəyyən edilib. İkinci yeri narkotiklərlə mübarizə aparanların 7 sintetik narkotikin qanunsuz istehsalının ləğv etdiyi Almatı vilayəti tutub.
Ölkənin Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsindən bildiriblər ki, belə cinayətlərin artması əlavə cavab tədbirlərinin işlənib hazırlanmasını tələb edir.
“Artıq narkotik vasitələrin istehsalında istifadə olunan kimyəvi avadanlığın qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyəti tətbiq edilib. Milli Məclis narkotik istehsalına görə cəzaları ömürlük həbsə qədər sərtləşdirən qanun layihəsini nəzərdən keçirir. Bu təşəbbüslər cəmiyyət tərəfindən dəstəklənir. Hazırda narkotik vasitələrin yayılmasına görə cəzaların azaldılmasına və onların istehsalına görə məsuliyyətin artırılmasına qarşı çıxan vətəndaşlar tərəfindən yaradılan iki vəsatət baxılmaq üçün verilib”, - nazirlik diqqətə çatdırıb.
Xatirladaq ki, hələ ötən il Qazaxıstan Respublikası Milli Məclisinin deputatı Snejanna İmaşeva həyəcan təbili çalaraq bildirmişdi ki, Qazaxıstan sintetik narkotika istehsalı mərkəzinə çevrilməkdədir.
Deputat vurğulamışdı ki, prekursorların və avadanlıqların nəzarətsiz idxalına Qazaxıstanın gömrük-keçid məntəqələrində və gömrük postlarında yoxlama üçün texniki avadanlıqla, ümumiyyətlə, məsul şəxslər tərəfindən yoxlama ilə bağlı problemlərin olması şərait yaradır.
JASMİN