Dağıstanda şahmatçı qadının rəqabət hissi, hirsi o qədər çox olub ki, rəqibini civə ilə zəhərləyib. Nəticədə isə...
Mahaçqalada rəqibinin dağıstanlı şahmatçıya civə atması ilə bağlı vəziyyət polis tərəfindən yoxlanılır.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Dağıstan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumdan bildirilib ki, avqustun 2-də şahmat yarışında fövqəladə vəziyyət barədə siqnal daxil olub: yarış zamanı 30 yaşlı idmançı özünü pis hiss edib.
“Hadisə yerinə gedən polis masanın üzərində müəyyən maddə aşkar edib, onun nümunələri ekspertizaya göndərilib”, - nazirlik bildirib.
Şahmatçının səhhətinin pis olmasının səbəbini videomüşahidə kamerasının qeydləri sayəsində öyrənmək mümkün olub. Kadrlardan görünür ki, Osmanovanın rəqibi zalda demək olar ki, heç kimin olmamasından istifadə edərək onun masasına yaxınlaşaraq ona nəsə buladır.
Zəhərlənən şahmatçıya gəlincə, həkimlər ona kömək ediblər və hazırda onun həyatı üçün heç bir təhlükə yoxdur. Adı isə Umayqanat Osmanovadır.
Qeyd edək ki, ötən gün Dağıstan Respublikası İdman Nazirliyinin rəhbəri Sacid Sacidov cinayətlə bağlı danışıb. Onun sözlərinə görə, hadisə respublika çempionatında baş verib. İştirakçılardan biri rəqibinin oturmalı olduğu masaya əvvəlcədən civə qoyub.
Sonradan məlum olub ki, Rusiya Şahmat Federasiyası Şimali Qafqaz Federal Dairəsinin çempionu titulunu daşıyan 40 yaşlı Əminə Abakarovanı yarışdan kənarlaşdırıb.
Beləliklə, Əminənin hirsi öz gələcəyinə, karyerasına da zərbə vurub...
Məlumatlara görə, o, A.Karpov adına şahmat məktəbində məşqçi işləyib, eyni zamanda Mahaçqaladakı 8 saylı liseydə dərs deyirmiş. Keçən il o, Pyatiqorskda keçirilən şahmat üzrə rayon birinciliyində qalib gələrək 30 iştirakçı arasında ən yaxşısı olub...
JASMİN