Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, bölməyə 1980-ci il təvəllüdlü Sergey Koçetkovun Qobu qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi barədə məlumat daxil olub.

Həmin şəxs saxlanılan zaman ondan 2 kiloqram narkotik vasitə - heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

S.Koçetkov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsilə satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA