Tezadlar.az xatırladır ki, 2023-cü ilin noyabr – 2024-cü ilin yanvar aylarında “Abzas Media” rəhbərləri və əməkdaşları - Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova və Elnarə Qasımova, həmçinin araşdırmaçı jurnalist, Turan agentliyinin əməkdaşı Hafiz Babalı həbs edilib. Mayda iqtisadçı, "Azadlıq" radiosunun əməkdaşı Fərid Mehralızadə bu iş üzrə həbs olunub. Əvvəlcə onları Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham ediblər. Lakin avqustun 16-19-da ittihamlar sərtləşdirilib: Cinayət Məcəlləsinin 192.3.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq); 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil qrup tərəfindən cinayət gəlirlərinin leqallaşdırılması); 206.4 (mütəşəkkil qrup tərəfindən qaçaqmalçılıq); 320.1 və 320.2 (sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə) və 213.2.1 (qrup şəklində vergidən yayınma) maddələri.

Bu ittihamlar 12 ilə qədər həbs cəzasını nəzərdə tutur. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN