Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTDK) abxaz və erməni dövlət nömrələri ilə bağlı korrupsiya sxemini araşdırır.

TEZADLAR.AZ 24kg-yə istinadən xəbər verir ki, bu barədə xüsusi xidmət orqanının rəhbəri Kamçıbek Taşiyev Joqorku Keneşin iclasında məlumat verib.

Deputat Ruslanbek Jakışov qeyd edib ki, Qırğızıstana xarici dövlət nömrə nişanlı on minlərlə avtomobil gətirilib və onların qeydiyyatı yoxdur.

“Bizim Sərhəd Mühafizəsi və Gömrük Xidmətləri, Dövlət Yol Hərəkətinin Təhlükəsizliyi Müfəttişliyi var. Qırğızıstana bu qədər avtomobilin necə gətirildiyi məlum deyil. İndi bu avtomobillər kütləvi şəkildə cərimə meydançalarına yerləşdirilir. Təəccüblüdür ki, 40-50 min avtomobili necə keçiriblər. Kimisi bu avtomobillərə kredit götürüb, kimi də taksi kimi sürür. Sizdən xahiş edirəm ki, bu məsələni həll edəsiniz”, - deyə xalq deputatı bildirib.

Kamçıbek Taşiyev cavab verib ki, qurum hazırda operativ məlumatla işləyir.

“Burada sərhədçilər, gömrükçülər, “Unaa” əməkdaşları və hüquq-mühafizə orqanları tərəfindən yaradılmış korrupsiya sxemi var. İndi biz bu sxemi açırıq. Amma bu avtomobillər artıq ölkəyə daxil olub və Nazirlər Kabineti səviyyəsində qərar verilməlidir”, - deyib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN