Mükafatlandırılanlar sırasında "Təzadlar"ın da əməkdaşı var

Bu gün - iyulun 21-də "Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək" İctimai Birliyi 22 iyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirdi.

Tədbirdə Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirakı edirdi.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirildi, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

"Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək" İctimai Birliyinin sədri Yasəmən Qəyyumlu tədbiri giriş sözü ilə açaraq, media nümayəndələrini qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə təbrik etdi. Bildirdi ki, rəhbərlik etdiyi "Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək" İctimai Birliyi media ilə əməkdaşlığa hər zaman xüsusi önəm verir.

Mükafatlandırma tədbirində Milli Məclisin deputatları Aydın Mirzəzadə və Elman Nəsirov çıxış edərək "Əkinçi"dən başlanan Azərbaycan mətbuatı, onun keçdiyi tarixi inkişaf yolu, söz və mətbuat azadlığı, yeni qəbul edilən “Media haqqında” Qanunun üstünlükləri, jurnalistlərə sosial ipotekadan yararlanmaq imkanın verilməsi, ölkəmizin informasiya mühitində baş verən yeniliklər və digər məsələlər barədə danışdılar.

Ötən ilin iyununda Kəlbəcərdə tank əleyhinə minaya düşərək şəhidlik zirvəsinə yüksələn AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan televiziyasının operatoru Sirac Abışovun qardaşları, Vətən müharibəsi şəhidi Tural Eyyubovun atası və digər çıxış edənlər Vətən müharibəsi günlərində jurnalistlərin göstərdiyi həmrəylik nümunəsi, möhtəşəm Zəfərin qazanılamsında mətbuatın rolu, ölkəmizdə jurnalist əməyinə verilən dəyərdən bəhs etdilər.

Tədbirin gedişində kütləvi-informasiya vasitələrinin bir qrup əməkdaşına Fəxri diplom və hədiyyələr təqdim olundu.

Qeyd edək ki, mükafatlandırılanlar sırasında "Təzadlar" qəzetinin əməkdaşı da var.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN