Mehmet Salim OK: «Binəqədi rayon Polis İdarəsinin müstəntiqi İran vətəndaşı olan Əkbər Qorbaninin mənə qarşı etdiyi qanunsuz əməlləri ört-basdır etmək üçün onun iştirakçılığını cinayət işindən kənarlaşdırıb…».

«43-cü Polis Bölməsinin müstəntiqi Ruslan Əsgərov 65 min dollar pulumu mənimsəmiş İranlını müdafiə etmək üçün «Cinayət işinin başlanılmasının rədd olunması» qərarında onun dilindən bütün hadisələri yazır, amma məlum cinayətdəki iştirakçılığını «unudur»»

 Türkiyə Respublikasının vətəndaşı Mehmet Salim OK «Təzadlar» qəzeti redaksiyasına göndərdiyi şikayət məktubunu daxili işlər naziri cənab Vilayət Eyvazova xitabən yazıb. Surəti «Təzadlar» qəzetinə ünvanlanan ərizəsində Mehmet Salim OK yazır: «Çox dəyərli cənab nazir! Bakının Binəqədi rayonunda yaşayan İranlı sakin Əkbər Qorbani tərəfindən 65 min dollarım qarət edilib. Uzun müddətdir ki, dövlət orqanlarına, aidiyyatı qurumlara şikayətlər yazıram ki, düşdüyüm bəladan xilas ola bilim. Lakin hələki heç bir müsbət nəticə yoxdur. Amma Əkbər Qorbani adlı şəxs hər dəfə məni aldadır və «bu gün- sabah» deyərək məni və hakimiyyət orqanlarını arxayın salır. Uzun müddətdir ki, məni aldadan, başqasını iş adamı kimi təqdim edən Əkbər Qorbanini tapa bilmirəm, mənim üçün bütün əlaqələr bağlıdır. Telefonumu bloka atıb, mənim isə Bakıya gələrək nə vəkilə verməyə pulum var, nə də təyyarəyə. Yenə də cənab nazir, Sizə güvənirəm. Yardım üçün Azərbaycanın Ali orqanlarına müraciət etməkdən başqa yolum yoxdur. Mən problemimin aradan qaldırılmasında ən ali Azərbaycan ədalətindən kömək istəyirəm. Lakin təəssüflər olsun Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin müstəntiqi Ruslan Əsgərov 65 min dollar pulumu mənimsəmiş İranlını müdafiə etmək üçün «Cinayət işinin başlanılmasının rədd olunması» qərarında onun dilindən bütün hadisələri yazır, amma onun məlum cinayətdəki iştirakçılığını «unudur». Axı necə ola bilər ki, ortada pulun verilməsini təsdiqləyən şahidlər və müvafiq sənədlər olduğu halda, müstəntiq məni dindirmir, amma barəsində şikayət etdiyim şəxsi dindirir, onun dilindən bizlərin Türkiyədə, Almaniyada, Rusiyada… haralara getdiyimizi, kimlərlə görüşdüyümüzü, pulun verildiyini və s. canlı şahid kimi danışır, lakin iştirakçılığı olmur?!  Bütün bunlar isə onun bu dələduzluq əməlində birbaşa iştirakçılığını tamamilə sübut edir. Müstəntiq isə qərarını birtərəfli yazır. Onu da qeyd edim ki, məni Əkbər Qurbani ilə Rusiyanın Rostov şəhərində Metallurgiya Zavodunun təsisçisi və direktoru Ramazan İsayev tanış edib. R.İsayev məndən xahiş etdi ki, mənim zavodum üçün bankdan kredit götürəcək, ona görə də Əkbərə 65 min dollar ver, bir aydan sonra qaytaracaq. Göründüyü kimi, neçə illərdir verdiyim pulu ala bilmirəm. R.İsayevə yeni vaxtlar dəfələrlə dedim ki, sənin xahişinlə o pulu mən öz hesabımdan Əkbərin hesabına köçürdüm. O, hər dəfə söhbətdən yayındı və sonuncu dəfə mənə dedi ki, səni aradan götüzdürərəm, bir də o pul məsələsinə qayıtma. Sonra da mənim telefon nömrələrimi blokladı. Qeyd etmək istəyirəm ki, R.İsayev Rusiyada dövlət vergisini ödəməkdən yayındığına görə həbsdə yatıb. Həbsdən çıxandan sonra da qanunsuz əməlindən qalmayıb. Sahibi olduğu zavodun məhsullarını kağız üzərində guya xaricə göndərib, bunun da əvəzində Rusiyanın dövlət büdcəsindən 500 min dollar çıxarıb ki, onu da Əkbərə verib.   

Cənab Nazir! Xahiş edirəm, müflis hala salındığımı nəzərə alıb mənə köməklik göstərəsiniz».

 Redaksiyadan: məsələyə aydınlıq gətirilməsi üçün araşdırmalarımızı davam etdiririk və şikayətçi Mehmet Salim OK ilə vatsapla danışdıq, suallarımızı cavablandırdı, bu dələduzluq əməlinin necə baş verdiyinə aydınlıq gətirdi. Onun Bakıya gəlməsi üçün bəzi məqamları götür-qoy etdik.

 Eləcə də barəsində şikayət olunan Əkbər Qorbani və müstəntiq Ruslan Əsgərovla əlaqə saxlamağa çalışırıq…

Əlavə məlumat veriləcək.

«Təzadlar»ın Araşdırma Qrupu

 selim-1

selim-2

selim-4

selim-3

selim-5

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN