Təcrid və sanitariya məhdudiyyətlərinə qarşı genişmiqyaslı etiraz aksiyaları Avstraliyanın Sidney və Melburn kimi iri şəhərlərində də keçirilib. Yeni Cənubi Uels ştatının polisinin verdiyi məlumata görə, Sidneydə 47 nəfər həbs edilib, daha 260 nəfər isə epidemiya əleyhinə rejimin pozulmasına görə cərimələnib.

David Elliott ştatının polis və Fövqəladə Xidmətlər naziri Deyvid Elliotun sözlərinə görə, Sidney etirazları çoxsaylı olmasa da, "şübhəsiz ki, yoluxma hallarının sayının artmasına səbəb olacaq".

Bundan əvvəl Sidneydə yerləşən Polis İdarəsi Mərkəzi rayonlara baş çəkilməsinin tam qadağan olunması barədə xəbərdarlıq edib, həmçinin, taksi xidmətlərinə xəbərdarlıq edib ki, istirahət günləri ərzində "sərnişinləri Sidneyin Mərkəzi İşgüzar Məhəlləsinə və şəhərin ətraf rayonlarına daşımaq qadağandır". Lakin ,bütün bu xəbərdarlıqlara baxmayaraq, asayiş orqanları əməkdaşları "çoxlu sayda insanın icazəsiz etiraz aksiyasında iştirak etmək cəhdlərinin qarşısını almaq"məcburiyyətində qalıblar. Gələcəkdə, hüquq-mühafizə orqanları etirazçıların əksəriyyətinin şəxsiyyətlərini müəyyən etmək və hər kəsə cəza vermək üçün küçə müşahidəsi kameralarının qeydlərini təhlil edəcəklər. /

Təcrid və karantin əleyhinə genişmiqyaslı etiraz aksiyası Melburnda da keçirilib: şəhərin küçələrinə, təxminən, 4 000 nəfər çıxıb. 9 News  telekanalının məlumatına görə, polis etirazları sərt şəkildə yatıraraq, 218 nəfəri həbs edib, 236 nəfəri isə  5 500 Avstraliya dolları (təxminən 4 000 ABŞ dolları) məbləğində cərimə edib. Polis etiraz aksiyasını dağıtmaq üçün müxtəlif vasitələrdən,o cümlədən gözyaşardıcı qazdan da istifadə edib.

Şakir QURBANOV

 

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN