Dəyərli oxucular! Bildiyiniz kimi, 1993-cü ildə “Təzadlar” qəzeti təsis olunanda Qarabağın demək olar bütün ərazisi Ermənistanın terrorçu qoşunları tərəfindən işğal olunmuşdu. Həmin vaxtdan qəzet “Qarabağı xilas etməyən xalqı Allah da xilas etməyəcək” şüarı ilə nəşrə başlamışdı.

Şükürlər olsun, 2020-ci ilin 44 günlük Vətən savaşında 30 ildir işğal altında qalmış Şuşa, Laçın, Xocavənd, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Hadrut və  Ağdam, 2023-cü ilin 19-20 sentyabr tarixlərində isə Ağdərə, Xocalı və Xankəndi, Əsgəran, Xocavənd rayonları tamamilə işğaldan azad edildi, qondarma “DQR” tarixin arxivinə gömüldü.  İki gün öncə - 2023-cü ilin 15 oktyabr tarixində isə Prezident İlham Əliyev Xankəndi, Xocalı, Əsgəran və Ağdərə rayonlarında Azərbaycan bayrağını ucaltdı. Bununla da Azərbaycan əzəli torpağı olan Qarabağ ərazisində öz suverenliyini təmin etmiş oldu.

Odur ki, biz də şüarımızı dəyişməli olduq. Qəzet bundan sonra bu şüarla nəşr olunacaq: “Azərbaycan Qarabağ - Qarabağ Azərbaycandır!”

“Təzadlar”

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN