...Oğurluq cinayətini adətən ev yiyəsinin doğmaları etməz. Çünki hüquqi praktikada dəyişməz məntiqdir ki, əməliyyatçılar və müstəntiqlər ilk olaraq qohum-əqrabanı dindirir, danışdırır və sair. Yəni, şübhələr ilkin olaraq yaxınların üzərində olur...

Amma kim inanar ki, kürəkən qayınatanın evindən oğurluq etsin? Özü də Xalq artisti Alim Qasımov kimi bir qayınatanın...

***

Budur, Xalq artisti Alim Qasımovun evindən oğurluq etməkdə ittiham olunan kürəkəni Elnur Mövlanov həbs edilib. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Telman Hüseynovun sədrliyi ilə baxılır. Bir müddət əvvəl həbs olunan 1979-cu il təvəllüdlü Elnur Mövlanovun cinayət işi üzrə bu gün də növbəti məhkəmə iclası baş tutub. Bugünkü iclasa A. Qasımovun ailə üzvləri gəlmədiyi üçün proses sentyabrın 30-na təxirə salınıb. Oğurluqda ittiham olunan Elnur Mövlanovun cinayət işi üzrə zərərçəkmiş şəxs Alim Qasımovun qızı, Əməkdar artist Fərqanə Qasımova və xanımıdır. O, Alim Qasımovun qızı və xanımına məxsus külli miqdarda qızıl-zinət əşyalarını oğurlamaqda ittiham olunur. F. Qasımova bir neçə il bundan əvvəl rəsmi olmasa da, həyat yoldaşından ayrılıb.

Utanverici haldır ki, kürəkəni Alim Qasımovun evindən oğurluq edir... Və indi hakim də, prokuror da, vəkillər də deməyə söz tapmırlar... Amma qanunun deməyə sözü və kürəkənin əməlinə hüquqi qiymət verməyə CM maddəsi var...

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN