Dünyanın qəribə işləri var. Koronavirus bəlası demək olar ki, bütün dünyanı bürüyüb, minlərlə insan bu virusdan dünyaslnı dəyişib, amma qardaş Türkiyədə, Amasya vilayətinin Göypınar kəndində indiyədək koronavirusa yoluxma halı qeydə alınmayıb.

 “Haber Global” xəbər verir ki, 32 evi və 50 nəfər sakini olan yaşayış məntəqəsinda maska, sosial məsafə və gigiyena qaydalarına daim riayət edirlər.

Artıq kənd sakinlərinin 87%-nin vaksinasiyası başa çatıb. Onlardan bəziləri isə peyvəndin 3-cü dozasını da vurdurub.

Yerli camaat ölümcül virusun onlardan yan keçməsini kəndin gözəl havası və qaydalara riayət olunmasıyla əlaqələndirir.

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN