8 sentyabrda baş vermiş mühüm hadisələr

  • 70— İmperator Titin rəhbərliyindəki Roma ordusu Qüdsü talan etdi.
  • 1331— Stefan Duşan özünü Serbiya kralı elan etdi.
  • 1504— Mikelancelo "David" heykəlini tamamladı.
  • 1529— Sultan Süleyman Qanuninin rəhbərliyindəki Osmanlı imperiyası Budapeşti fəth etdi.
  • 1636— ABŞ-ın ən qədim universiteti - Harvard Universiteti yaradılmışdır.
  • 1862— Osmanlı ilə Avropa dövlətləri arasında İstanbul protokolu imzalanmışdır.
  • 1886— CAR-ın ən böyük şəhəri - Yoxanesburqun əsası qoyulmuşdur.

1380-ci ilin 8 sentyabr  tarixindә Rusiya Monqol ordusunu Kulikovada mәğlub edib.

****

1504-cü ilin 8 sentyabr  tarixindә İntibah dövrünün şah әsәrlәrindәn Mikelanjın  5 metr 17 santimetr uzunluğundakı ‘‘Davud’’ heykәli Florensiyada ucaldılıb.

****

1529-cu ilin 8 sentyabr  tarixindә Osmanlı İmperiyasının Sultanı Qanuni Süleyman Budapeşti fәth edib.

 ****

1900-cü ilin 8 sentyabr  tarixindә ABŞ-ın Texas ştatının Qalveston şәhәrindә tüğyan edәn qasırğa nәticәsindә 8 min adam ölüb.

****

1925-ci ilin 8 sentyabr tarixindә ‘‘Çәhrayı Panter’’lә mәşhurlaşan ingiltәrәli aktyor Peter Sallers dünyaya gәlib.

 ****

1934-cü ilin 8 sentyabr tarixindә ABŞ-ın Nyu-Cersi şatatı sahilindә sәrnişin gәmisindә baş verәn yanğın nәticәsindә 135 nәfәr hәlak olub.

 ****

1991-ci ilin 8 sentyabr tarixindә Makedoniya müstәqilliyini elan edib. Ölkәnin adı  2019-cu ildә Şimali Makedoniya Respublikası olaraq dәyişdirilib.

 ****

2015-ci ilin 8 sentyabr tarixindә İğdırdakı Dilucu sәrhәd-keçid mәntәqәsindә işlәyәn polis әmәkdaşlarını daşıyan avtomobilә PKK terrorçuları tәrәfindәn hücum tәşkil edilib. Hücum nәticәsindә 15 polis әmәkdaşı şәhid olub.

***

Mühüm hadisələr:

1636 — ABŞ-ın ən qədim universiteti – Harvard Universiteti yaradılmışdır.
1930 — 3М şirkətinin əməkdaşı Riçard Dryu yapışqanlı lent – skotçu kəşf etmişdir.
1941 — Alman qoşunları Leninqradın blokadasına başladılar.

Doğum günləri:

1812 —
 A.S.Puşkinin həyat yoldaşı Natalya Qonçarova anadan olmudur.
1863-cü ildə vəfat etmişdir.

1923 — Məşhur  avar şairi, yazıçısı, publisist, siyasi xadim  Rəsul Həmzət  oğlu  Həmzətov Dağıstanın Xunzax rayonunun Sada kəndində, şair  Həmzə Sadasanın  ailəsində dünyaya göz açmışdır. Milliyyətcə avardır. Onun ilk müəllimi atası olmuşdur.

Rəsul Həmzətov özünün ilk şerini 11 yaşında yazmışdır. Kənd məktəbini bitirdikdən sonra pedaqoji məktəbə daxil olmuşdur.

1940-cı ildə bir vaxtlar oxuduğu məktəbə müəllim işləməyə qayıdır. Ancaq burada o, uzun müddət işləmir. Bir neçə iş yerini dəyişən Həmzətov, avar səyyar teatrında rejissor köməkçisi, "Bolşevik qor" qəzetində və radioda işləmişdir.

1943-cü ildə ilk şeirlər toplusu – "Sevgi məşəli və acı ədavət" çap olunur. 1945-1950-ci illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda oxuyur. 1947-ci ildə rus dilində ilk şeirlər kitabı işıq üzü görür. Bundan sonra rus və avar dillərində Rəsul Həmzətovun 25-dən çox kitabı dərc olunmuşdur: "Слово о старшем брате" (1952), "Дагестанская весна" 1955), "Горянка" (1958), "В горах мое сердце" (1959), "Высокие звезды" (1962), "Четки лет", "Две шали", "Письмена" və s.

Rəsul 2003-cü il noyabr ayının 3-də vəfat edib. O, Mahaçqalada Tarki-tau dağlarının ətəyindəki qəbristanlıqda, həyat yoldaşı Patimatın qəbri ilə yanaşı dəfn edilib.

Rəsul Həmzətov Dağıstan şairi olsa da, Dağıstanda böyüyüb boya-başa çatsa da Azərbaycana, onun xalqına, poeziyasına çox bağlı olub. O, özünün nə qədər müdrik şeirlərini Azərbaycana həsr etmişdir. Bakıya, neftçilərə, dəniz şəhərimizə və özü "böyük ustadım" deyə çağırdığı Səməd Vurğuna. Rəsul Həmzətov hər dəfə Bakıya gələndə elə vağzaldan, yaxud hava limanından maşınını birbaşa Fəxri xiyabana sürdürərdi, əlində tər çiçəklər böyük ustadın məzarına yaxınlaşardı. Sirli sükut içində onunla danışıb söhbət edər, ondan sonra – oğulluq borcunu yerinə yetirmiş sənətkar asta, yorğun addımlarla mehmanxanaya yollanardı. Rəsulun şeirlərinin bir hissəsini Azərbaycan dilinə Tofiq Bayram tərcümə edib.

..................................

Vəfat etmişdir:

 1943 — İkinci dünya müharibəsinin iştirakçısı, SSRİ dövlət xadimi və məşhur Azərbaycan yazıçısı Nəriman Nərimanovun oğlu  Nəcəf Nəriman oğlu Nərimanov 24 yaşında cəbhədə həlak olmuşdur.

Nəcəf Nərimanov 2 dekabr 1919-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur.

Görkəmli dövlət xadimi, yazıçı-dramaturq Nəriman Nərimanovun yeganə oğlu qvardiya baş leytenantı Nəcəf Nərimanov (1919-08.09.1943) Stalinqrad döyüşlərində igidlik göstərmiş, birinci dərəcəli Vətən Müharibəsi ordeni və "Stalinqradın müdafiəsi uğrunda" medalı ilə təltif olunmuşdur.

Moskva şəhərindən hərbi xidmətə çağırılmışdır. Tağım komandiri kimi qulluq etmiş, 1943-cü ildə həlak olmuşdur.

Ukrayna Respublikasının Donetsk vilayətinin Volnovaxa şəhərində dəfn edilmişdir.

                 Nəriman Nərimanovun oğluna   məktubundan:

"Əziz oğlum Nəcəf! Əgər ömür vəfa qılsa, çalışacağam səni elə hazırlayım ki, bəşəriyyət üçün daha çox iş görəsən. Ancaq taleyin hökmüylə tezliklə əbədi məskənə köçəsi olsam, onda səndən xahişim bu olar ki, heç olmasa daim özgələrin dərd-sərini çəkən atan kimi cüzi işləri yerinə yetirəsən.

Mənim həyatım, ömrüm qayğılarla dolu olub. Qardaşımın və bacılarımın ailələri iyirmi yaşımdan mənim boynumda olub. Bu 30 ildə 11 adam böyüdüb boya-başa çatdırmışam. Onlardan 8 qız uşağını ərə vermişəm, yerdə qalan üçünü cüzi məvacibimlə böyütmüşəm. Bütün bu işləri sahmana salandan sonra yenidən oxumağa başladım, 30 yaşında universitetə daxil oldum. Universiteti qurtardıqdan sonra var qüvvəmi Salman qardaşımın balalarının tərbiyəsinə sərf etdim. Bütün bunlardan yalnız indi, qardaşımın sonuncu qızı Xanımı 1924-cü ildə ərə verəndən sonra azad olmuşam. Bu məktubu isə aradan bir il keçəndən sonra, məhz 1925-ci ildə yazıram. Bütün bunları sənə ona görə yazıram ki, məni bəşəriyyət üçün az iş görməyim üstündə qınamayasan. Bu mənada, ümidvaram ki, sən gördüyüm işləri davam etdirib, başa çatdıracaqsan.

Əziz oğlum! Əgər həyatımı öyrənsən, əmin olarsan ki, mən ömrümün ən azı 1925-ci ilədək olan dövrünü başqaları üçün yaşamışam. Bəs sonrası necə olacaq? Sonrası beləcə də davam edəcək, çünki mən yalnız belə ictimai işdə məmnunluq tapıram. Üstəlik, Rusiyadakı indiki quruluş mənim ruhi aləmimə hər şeydən daha çox uyğundur.

Ümumiyyətlə, mən insanın insan tərəfindən əsarətinin əleyhinəyəm. Harada olursa-olsun, bütün varlığımla köləliyə qarşıyam. Bəşəriyyətin tezliklə nadanlıqdan və eləcə də köləlikdən azad olması üçün yollar axtarmışam. Sosial-demokrat da olmuşam. Lakin bu təşkilat get-gedə idealdan daha çox uzaqlaşır. Bolşeviklərin proqramını xüsusi məmnunluqla qəbul etmişəm, çünki həmin sənəddə tezliklə məhz öz proqramımın həyata keçiriləcəyini - yer üzündə köləliyin məhv ediləcəyini görmüşəm və görürəm.

Bəlkə də sən bu sətirləri oxuyarkən bolşevizm heç olmayacaq. Lakin bu, heç də o demək deyil ki, bolşevizm yaramır; bu, o demək olacaq ki, biz onu saxlamağı bacarmadıq, yetərincə qiymətləndirmədik, işin qulpundan pis yapışdıq. Sözün açığı, hakimiyyətlə o qədər lovğalandıq ki, başımız boş-boş işlərə, dedi-qodulara qarışdı, vacib olanı əldən buraxdıq. Hakimiyyət çoxlarını korlayır. Belə də oldu: hakimiyyət yetərincə yaxşı, görkəmli işçilərin çoxunu korladı. Onlar nəhəng dövlətin taleyini əllərinə alaraq və hesabat vermədən diktatorluq etmək qərarına gəldilər... Belə rəhbərlik ilk vaxtlar üçün zəruri idi, lakin bu vəziyyəti indiyədək davam etdirmək bolşevizmin süqutunu yaxınlaşdırmaq deməkdi.

İndi bu sətirləri sənə yazdığım vaxt işimiz o yerə çatıb ki, ən yaxın kommunist dostlar Lenindən sonra özlərini onun qanuni varisi adlandıran şəxslərin dövləti idarə edə bilməmələrindən yaranan nöqsanlarımız barədə bir-biri ilə danışa bilmirlər...

Bunları sən mənim MK-dakı geniş məruzəmdən öyrənəcəksən. Həmin məruzə sənə bütün bunlardan baş çıxarmağa imkan yaradacaq və elə bu məruzədən də öyrənəcəksən ki, çoxları öz vəzifə-mənsəblərini itirə biləcəkləri qorxusundan dinmədikləri halda, sənin atan bu barədə cəsarətlə danışırdı.

Əzizim Nəcəf! Vəzifə-mənsəb arxasınca qaçma, çünki bu, insanı korlayır. Əgər bir adamı yaxşı tanımaq, onun bütün daxili aləminə bələd olmaq istəyirsənsə, onu bir müddət vəzifə başına qoy. Tezliklə həmin adamın müsbət və mənfi cəhətləri üzə çıxacaq. Bu baxımdan əgər sən kütlələri hiyləsiz-yalansız öz arxanca aparmağa hazır deyilsənsə, yaxşısı budur, ondan imtina edəsən... Əgər kütlə (fəhlə və kəndlilər) səni dəyərləndirərsə, hakimiyyətdə iştirakını zəruri hesab edərsə, sənə etibar edərsə və sən bu etibara əsasən ümumi işə müəyyən fayda verəcəyinə əmin olarsansa, onda imtina etmə.

Burada yalnız bircə şərt var ki, gərək onu müəyyənləşdirəsən: yəni kütlə sənin hakimiyyətdə iştirakını öz arzusu ilə, könüllümü qəbul edib, yoxsa məcburi? Əgər səndə zərrə qədər şübhə yeri varsa ki, kimlər tərəfındən olursa-olsun məcburi seçilirsən, onda yaxşı olar, imtina edəsən. Əks halda ləyaqətini nəinki təkcə kütlə, həm də öz qarşında itirəcəksən. Hər dəfə hakimiyyətə öz ləyaqətinə görə yox, məcburi gəldiyini dərk etdikcə, müəyyən ruhi sıxıntı, əzab çəkəcək, sistematik olaraq ləyaqətini nəinki kütlələrin, həm də öz gözündə itirəcəksən... Buradan da sənin sonrakı dünyagörüşündə pozuntu əmələ gələcək. Bu isə ictimai xadimin həyatında təhlükəli məqamdır.

Sən müstəqil həyata hazır olduğun zaman bütün bunlara tab gətirmək mümkündür. Bu, nə deməkdir? Yəni özünə elə peşə və ya sənət seçməlisən ki, şəxsiyyətdən, yaxud idarədən az asılı olsun. Sənə aydın olsun deyə, öz həyatımdan misal çəkəcəyəm. Artıq bilirsən ki, universitetə daxil olum deyə 30 yaşında kamal attestatı almaq üçün imtahan verdim. Sonra belə bir sual qarşısında qaldım: hara daxil olmalı? Yaşım və bütün həyat şəraitim mənə tezliklə universiteti bitirməyi diqtə edirdi. Odur ki, elə fakültə seçmək lazım idi ki, az vaxt aparsın. Qarşımda belə bir sual dayanmışdı: hüquq (o vaxt hüquq fakültəsi asan fakültə sayılırdı), yaxud təbiyyat fakültəsinə daxil olum? Çünki həmin fakültələrdə 4 il oxumaq lazım idi. Bu fakültələri bitirdikdən sonra şəxsiyyətlərdən, yaxud idarələrdən daha çox asılı olmayım deyə, fikirdən vaz keçdim və ömrüm boyu kənar şəxslərdən az asılı olmaq üçün tibb fakültəsinə daxil oldum.

Bu, səbəbin biridir, digər səbəb isə belə idi: sənin nənən, mənim anam Həlimə rəhmli, başqalarının halına acıyan, xeyirxah qadın idi. Ehtiyacı olanlara imkan daxilində əl tutar, qonşuluqdakı xəstə qadınların qayğısına qalar, bir tikə çörəyini onlarla bölüşərdi. Kiçik yaşlarımdan müşahidə etdiyim üçün, çox güman bütün bunlar mənə təsir gostərmişdi... Odur ki, tibb fakültəsində oxumaq uzun vaxt aparsa da, çətinlikləri çox olsa da, şəxsiyyət və idarələrdən mümkün qədər asılı olmamaq və daha çox ruhi rahatlıq əldə etmək üçün mən həmin fakültəyə daxil oldum...”

***

2015 – Azərbaycanın məşhur kamança ifaçısı, Xalq artisti Habil Əliyev 88 yaşında Bakıda  vəfat etmişdir.


Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.
Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başladı. Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmamışdı. Bəstəkar, Habilin potensial imkanlarını nəzərə alıb ona filarmoniyada işləməyi məsləhət görüb. O vaxtlar filarmoniyanın direktoru olan Şəmsi Bədəlbəyli, bədii rəhbər Soltan Hacıbəyov, Niyazi, Səid Rüstəmov Habilin ifasında bir muğama və xalq mahnısına qulaq asdılar və çox razı qaldılar. Beləliklə, Habil Əliyev 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnir, daha səylə çalışır, saatlarla məşqdən yorulmurdu.
Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı vermişdir. Beləliklə, Habil Əliyev əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşıb el arasında geniş şöhrət tapdı. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri, tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.
Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s., qastrol səfərlərində olmuşdur.
Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.
Habil Əliyev səhhətində yaranan problemlərə görə 2015-ci il avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, səhhəti normallaşandıqdan sonra müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılmışdır. Daha sonra yenidən komaya düşmüş və sentyabrın 8-də vəfat etmişdir.
Habil Əliyev Bakıda I Fəxri Xiyabanda dəfn edilmişdir.

Bayramlar və xüsusi günlər:

Hər il sentyab ayının 8-i Beynəlxalq Jurnalist Həmrəyliyi Günü kimi qeyd olunur.

Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü 1958-ci ildən etibarən qeyd edilir. Həmin il Beynəlxalq Jurnalistlər Təşkilatının Buxarestdə keçirilmiş IV Konqresində bununla bağlı qərar qəbul olunmuşdur. Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə təsis edilmişdir.

*** 

8 sentyabr Beynəlxalq Bilik Günüdür.
Beynəlxalq Bilik Günü UNESCO (Birləşmiş Millətlər Təhsil, Elm və Mədəniyyət Təşkilatı) tərəfindən 1965-ci ilin 8 sentyabr tarixində elan olunub.
Məqsəd savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydalı olmasına diqqət çəkməkdir. UNESCO həmçinin beynəlxalq ictimaiyyətə savad almağın insan haqlarından biri olduğunu xatırladır .

Şakir QURBANOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN