Moskva. 10 sentyabr. INTERFAX.RU-nun verdiyi xəbərə görə, -"Sputnik Layt" vaksini ilə peyvənd olunmuş rusiyalı turistlər Türkiyəyə daxil olmaq üçün PCR testinin və ya ekspres-testin , yaxud koronavirusun keçirilməsi haqqında arayışın nəticəsini təqdim etməli olacaqlar. Bu barədə "İnterfaks"a məlumatı "İnturist" tur operatorunun mətbuat xidmətindən bildiriblər.
"COVİD-19 epidemiyasına qarşı mübarizə tədbirləri üzrə son qərar çərçivəsində, Türkiyəyə Rusiya Federasiyasından daxil olarkən, ölkədə mövcud olan bütün sərhəd məntəqələrində (quru, hava və ya dəniz) sərnişinlər aşağıdakı sənədlərdən birini təqdim etməlidirlər: COVİD-19 vaksinasiyasının keçmə sertifikatı. İki komponentli peyvənd sertifikatları qəbul edilir. Qəbul edilən bu sənədlərdə "Sputnik Layt" vaksini siyahdan çıxarılıb.
Yenilənmiş giriş qaydaları turizm agentliklərinə çatdırılıb.
"Turistlər arasında narazılıqlar var, çünki əlavə tələblər artıq xərclərdir. Buna baxmayaraq, heç kim səfərlərdən imtina etməyi planlaşdırmır", – deyə şirkətdən bildiriblər.
Xatırladaq ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi iyun ayında Türkiyədə qeydiyyatdan keçmiş yerli vaksinlərin hər hansı biri ilə peyvənd olunmuş rusiyalı turistləri qəbul edəcəyini bildirmişdi.
Qeyd edək ki, bir sıra Avropa ölkələri, məsələn Almaniya Çin istehsalı olan "Sinovaq"la peyvəndi vurdurmuş insanları ölkəllərinə buraxmırlar.
Azərbaycana gəldikdə isə, bizdə qabaqcıl ölkələrin imtina etdiyi "Sinovaq","Sputnik" vaksinlərini parta-part insanlara vurur və üstəlik də heç bir ölkənin qəbul etmədiyi pasport tələb edirlər.
Sonda: ölkəyə sınaqdan çıxmış, keyfiyyətli vaksinlər gətirilməli, Çin, Rusiya vaksinlərindən imtina edilməlidir.
Şakir QURBANOV