“Şamaxı” deyiləndə gözlərim önünə daim narahat torpaq, sanki dağların sinəsinə sərilmiş, yaz Günəşinin qurutduğu ağ köynək və işıqlı çöhrələr gəlir. O yer mənim üçün daha çox tariximizi yaşadan qədim şəhər, mədəniyyət, söz beşiyi olmaqdan başqa, gəncliyimin ən qaynar illərini qoyub gəldiyim ünvan, köhnə dostlarımın və yuxularımın qərar tutduğu bir məkandır. O şəhərin əyriköndələn küçələrini qışın qarlı, yazın ürək rahatlayan, yayın qaynar çağlarında, payızın isə dumanlı-çiskinli günlərində gəzib-dolaşmışam. Şamaxı, mənim nəzərimdə nağıla bənzəyir. Hər küçəsində, hər dalanında neçə-neçə sirr yatır. (Eyni zamanda, o şəhərdə ömrü nağıllaşmış yüzlərlə görkəmli insanın ruhu yaşayır.
Şamaxı həm də həmişəcavan şəhərdi. Çoxsaylı təbii fəlakətlər, müharibələr bu şəhəri dəfələrlə yerlə-yeksan etsə də, yenidən torpaqdan boy verib, ev-ev, küçə-küçə tikilib, ucalıb…
2 şəhərdə neçə ünvan var ki, adı qəlbimə həmişəlik yazılıb. İllər əvvəl qoyub gəldiyim şəhərdə çox şey dəyişib. Amma mənim ürəyimdə otuz il əvvəlki Şamaxı yaşayır qayğılı-qayğısız insanları, qədim Gülüstan qalasının məhəllələri, daim Günəşə boylanan üzümlükləri, dağlardan aranadək uzandıqca uzanan yolları və sair. Qəlbimdə səsi, sözü yaşayan insanların bir neçəsini bu şəhər tanıdıb, dost edib mənə. Buna görə də bəzən bir anlığa gəncliyimin şəhəri o məkana dönür, o insanları xatırlayır, onlarla hal-əhval tutur, dərdləşirəm. Belə insanlardan biri Məzahirdi. Çoxlarının istedadlı jurnalist, bacarıqlı media kapitanı, müəllim, futbol bilicisi və təşkilatçısı kimi tanıdığı Məzahir Süleymanzadə.
Onunla ilk dəfə harada görüşdüyümü dəqiq xatırlaya bilmirəm. Hərdən mənə elə gəlir ki, Məzahirlə eyni küçədə böyümüş, qayğısız uşaqlıq illərini birgə yaşamış, parta arxasında yanaşı oturmuşuq. Əslində, biz o çağların heç bir gününü də birgə olmamışıq.
Bəs, onda niyə mən Məzahiri özümə dost, simsar sayıram” Çünki Məzahir saf, halal adamdı, xeyirxahdı, insanlara qarşı təmənnasızdı. Məzahir Jurnalistika fakültəsinə biz üçüncü kursda oxuyanda qəbul olunmuşdu. Amma bu vaxtadək onun rayon və respublika qəzetlərində çox sayda yazıları dərc olunmuşdu.
Əsgəri xidmətdə olarkən hərbi qəzetlərə də müxbirlik etmişdi. Birinci kursda ikən qəzetlərlə, televiziyanın ənclik Baş redaksiyası ilə ardıcıl əlaqə saxlayır, “Tələbə klubu”na aparıcılıq edirdi. Məzahirin rəssamlıq qabiliyyəti də var idi. Jakültədə müxtəlif divar qəzetləri buraxılırdı. Həmin qəzetlərin çoxu həm yazılarının keyfiyyətinə, həm də tərtibatına görə aşağı səviyyədə idi. Bunu çoxları Məzahirin hazırladığı ”Gənc Jurnalist” qəzetini oxuduqdan sonra başa düşdü… Bütün bunlar Məzahirin jurnalistikaya gəlişinin təsadüfi olmadığını sübutlayırdı.
Təyanatla məni Şamaxıya göndərdilər və mən oraya həvəslə getdim. Arabir Məzahir redaksiyamıza gəlir və hər gəlişində də Bakıda və İttifaqın müxtəlif yerlərində yaşayan tanınmış şamaxılılar haqqında yazılar gətirirdi. Onun bu səpgili yazıları maraqla oxunurdu. Bir gün iş otağıma bir oğlan gəldi və dedi ki, yumor və karikatura gətirmişəm, lazım bilsəniz istifadə edərsiz. Alıb baxdım, bir neçəsi xoşuma gəldi. Oğlan gedəndən sonra “uğurlu yol” yazıb, mətbəəyə göndərdim. Bir müddətdən sonra Məzahir redaksiyamıza gəlmişdi.
Sözarası dedi ki, Mahirin karikaturalarını çap etmisiz, amma çox tərifləmisən… Başa düşdüm ki, Mahir Məzahirin qardaşı imiş. Mahir Süleymanov indi tanınmış jurnalistdi.
Məzahirin Jurnalistlik fəaliyyəti, mətbuatımızdakı xidmətləri barədə geniş danışmağa, tərifi sözlərə ehtiyac duymuram.
2 ölkə mətbuatının fraqmanı olan “Xalq qəzeti”ndə uzun illər müxbir, məsul katibin müavini və redaktor müavini işləyib, yazıları ilə gözəl qələm sahibi, təşkilatçılığı ilə təcrübəli media kapitanı olduğunu sübut edib. Onu da qeyd edim ki, Məzahir Süleymanzadənin baş redaktoru olduğu “Səhər” qəzeti mətbuat tariximizdə öz yolu və nəfəsi olan nəşr kimi yaşayacaq. “Səhər” bir də ona görə qiymətlidir ki, adına layiq Jurnalist dəstəsi yetişdirdi və bir çox mətbuat orqanı üçün yaxşı təcrübə məktəbi oldu.
Məzahir Süleymanzadə bir neçə il Bakı Futbol Federasiyasının vitse-prezidenti oldu. Futbolumuzun yüksəlişi naminə yaddaqalan layihələr həyata keçirdi. Bu layihələrdən biri “Sabahın ulduzları” adlanırdı. Həmin layihə uşaq futbolunun inkişafına və istedadlı idmançıların üzə çıxarılmasına kömək edirdi. Onu da deyim ki, bu layihəyə uzun illər redaktoru olduğum “Tumurcuq” qəzeti də dəstək verirdi. Qəzet ən məhsuldar hücumçu üçün mükafat təsis etmişdi. “Qarabağ” klubunun yeniyetmə futbolçuları çempion olanda medalların təqdim edilməsi “Tumurcuğ”un redaksiyasında keçirildi. “Çempion” idman qəzeti isə yarışların gedişini ardıcıl işıqlandırırdı.
Məzahirin layiq olduğu fəxri adları və mükafatları sadalasaq uzun siyahı alınar. Bunlar onun halal haqqıdır. Bunu da deyim ki, məncə, Məzahir digər hansı peşə və sənəti seçsəydi, yenə əsl sənətkar kimi şöhrət qazanardı. M.Süleymanzadənin ona yaxın kitabı nəşr olunub “Güllələnmiş Səhər”, “İzim qalmasa da sözüm qalacaq”, “Ocaq başında” şeirlər,
“Jurnalist ömrünün naxışları”, “Yanvar dialoqu” və sair. Bu kitablar toplum halında onun ömrünün parçalarıdır. “Jurnalist ömrünün naxışları” kitabında özünün çox sevdiyi bir şeiri var. Yazır:
Yenə yol gedirəm taraqqataraq,
Mindiyim qatarın sürəti bəlli.
Mən gah yeriyərək, gah da qaçaraq,
Ömür yaşamadım heç düz-əməlli.
Bəli, Jurnalist ömrü belədi. Yazdıqları ürəklərə işıq salsa da, ömrü-günü yazılarında əriyib gedir. Məzahir Süleymanzadə də daim narahat və qayğılı Jurnalist ömrü yaşadı.
Onun izi də, sözü də mətbuatımızın tarixində yaşayacaq. Ruhu şad olsun!
SƏMƏD MƏLİKZADƏ